BaşlıcaSiyasət

ER RF-nın erməni əsirlərin qaytarılması üçün səylər göstərəcəyini gözləyir: Hakob Arşakyan Rusiyasın FP FŞ sədr müavininə

Ermənistan Parlamentindən verilən məlumata görə, Rusiya Federasiyası Federal Parlamentinin Federasiya Şurasının sədr müavini Yuri Vorabyovun başçılıq etdiyi nümayəndə heyəti əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Gevorq Vardanyanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində işgüzar səfərlə  Ermənistana gəlib.

Parlamentdə ER Parlamentinin sədr müavini, ER Parlamneti və RF Federal şurası arasında əməkdaşlığın parlamentarası komissiyasının həmsədri Hakob Arşakyan parlamentlərarası əməkdaşlıq çərçivəsində komissiyanın açıq və konstruktiv dialoq üçün axtarılan platforma olduğunu vurğulayaraq qonaqları işgüzar görüş formatında salamlayıb.

Regional inkişaflar və çagırışlar, erməni tərəfini narahat edən problemlər müzakirə olunub. Hakob Arşakyan rus həmkarlarına Dağlıq Qarabağa qarşı Azərbaycanın hücumu, Bakının etnik təmizləmə siyasətinin nəticələrini ətraflı təqdim edib və bu günə qədər bir çox humanitar problemlərin həll olunmadığını qeyd edib. 

“Ermənistan gözləyir ki, Rusiya Federasiyası erməni əsirlərin Ermənistana qaytarılması, eləcə də Dağlıq Qarabağda erməni mədəniyyət irsinin qorunub saxlanılması üçün səylər göstərəcək” – deyə Hakop Arşakyan qeyd edib.

ER Parlamentinin sədr müavini Ermənistan və Azərbaycan arasında olan münasibətlərin çətin nizamlama prosesini təqdim edərək qeyd edib ki, “Çağırışlara baxmayaraq Ermənistan  Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün qətiyyətlidir və güclü siyasi iradəyə malikdir. Onun mühüm komponentlərindən biri ER Hökumətinin təklif etdiyi “Sülh kəsişməsi” layihəsidir.

Rusiya Federasiyası Federal  Şurasının sədr müavini bir sıra sahələrdə birgə proqramların həyata keçirilməsinin, regionlararası əməkdaşlığın təşviqinin vacibliyinə toxunub, müxtəlif tədbirlər çərçivəsində birgə həyata keçiriləcək addımları təqdim edib.

Yuri Vorobyov Ermənistan və Azərbaycan arasında münasibətlərə toxunaraq qeyd edib ki, Rusiya bu çətin siyasi prosesin sülh nizmlamasına həmişə çalışıb və dəstəkləməyi davam etdirəcək.

Ermənistan-Rusiya parlamentarası komissiyasının erməni tərəfinin nümayəndəsi Gurqen Arsenyan və rus tərəfindən Kazbek Taysayev Avrasiya iqtisadi birliyi çərçivəsində parlament əməkdaşlığının aktivləşməsinin vacibliyinə və cari problemlərə toxunublar.  “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsində qanunvericilərin mühüm rolu vurğulanıb.

Daha çox göstər
Back to top button