BaşlıcaİctimaiyyətSiyasət

İnsan hüquqları müdafiəçisi ABŞ səfirinə DQ-dan məcburi köçürülmuş şəxslərin hüquqları ilə bağlı məsələləri təqdim edib

Ermənistan Respublikasının İnsan hüquqları müdafiəçisi Anahit Manasyan Fevralın 16-da ABŞ ER-dakı səfiri Kristina Kvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayaraq Anahit Manasyan qadın, uşaq, milli azlıqlar, əlillyi olan şəxslərin hüquqlarının müdafiəsi, azad toplaşmaq hüququ, mülki və sosial-iqtisadi hüquqları, silahlı qüvvələrdə, cinayət prosesi çərçivəsində şəxslərin hüquqlarının müdafiəsi, nifrət nitqi, dözümsüzlük mühiti, ayrı-seçkiliyə qarşı mübarizə çərçivəsində və bir sıra digər sahələrdə həyata keçirilən işləri vurğulayaraq  müdafiəçinin fəaliyyət istiqamətlərini təqdim edib.

Müdafiəçi həmçinin Dağlıq Qarabağdan məcburi köçürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıq məsələləri təqdim edib və xüsusuilə özü və iş heyəti tərəfindən həyata keçirilmiş faktaraşdırma işlərinə toxunub.

Sənədləşdirilmiş məlumatlar İnsan hüquqları müdafiəçisinin növbədənkənar hesabatında ümumiləşdirilib.

Görüş çərçivəsində digər məsələlərlə yanaşı, ABŞ Beynalxalq inkişaf agnetliyi/ Ermənistan tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən demokratiya və hüquqi mühitin inkişafına töhfə verən layihələrə toxunulub.

Səfir Kristina Kvin öz növbəsində insan hüquqlarının müdafiəsinin düzgün sisteminin möhkəmləndirilməsi məsələsində  Müdafiəçi institutunun fəaliyətini vacib hesab edərək qəbul və səmərəli müzakirə üçün təşəkkür edib.

Daha çox göstər
Back to top button