Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb. Alınan məlumata görə, bu barədə ER hökuməti məlumatlandırıb.
Nikol Paşinyan və Helqa Şmid Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində erməni tərəfinin prinsipləri, fevralın 17-də Azərbaycan prezidenti ilə danışıqların nəticələri barədə danışıb.
Həmsöhbətlər sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davamlılığını vurğulayıblar.