BaşlıcaSiyasət

Nikol Paşinyan və Olaf Şolz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən danışıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolz Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.

Alınan məlumata görə, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, tərəflər Ermənistan-Almaniya ikitərəfli gündəliyi, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Nikol Paşinyan kansler Şoltsun Cənubi Qafqaz regionunda dialoqa dəstək, sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

Baş nazir Ermənistan Respublikasının sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib.

Olaf Solts sülh və dialoq üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Daha çox göstər
Back to top button