BaşlıcaSiyasət

Qardman-Şirvan-Naxicevan birliyi Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzünü mühakimə edib

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Azərbaycanın Ermənistana qarşı son hərbi təcavüzünü mühakimə edərək bəyanat yayıb.

Birliyin bəyanatını diqqətinizə təqdim edirik.

“Fevralın 13-də səhər tezdən Azərbaycanın silahl qüvvələri Nerkin Hand kəndi hissəsində Ermənistanın Silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıblar ki, bunun nəticəsində erməni tərəfinin 4 itkisi və 1 yaralananı var.

Azərbaycanın bir gün əvvəl baş vermiş hadisəyə “cavab” kimi səciyyələndirdiyi bu hərbi təcavüz Bakının çoxdan qəbul etdiyi təcavüzkar ekspansionist siyasətinin ifadəsindən başqa bir şey deyil.

Azərbaycan belə təxribatlarla sülh prosesinə qəsdən mane olur. Azərbaycan əhalisinin 90 faizdən çoxunun səsini “qazanmış” İlham Əliyev dəfələrlə “hərbi nəfəsli” ritorika ilə çıxış edib və onların əməli tətbiqinə əl atıb.

Qardman-Şirvan-Naxicevan Ümumerməni birliyi Azərbaycan tərəfindən sərhəddə gərginliyin qəsdən yaradılmasını qətiyyətlə pisləyir. Azərbaycanın hərbi əməliyyatları nəticəsində Nerkin Hand kəndinin mülki əhalisinin həyatı, təhlükəsiz mühitdə yaşaması, təhsili və digər fundamental hüquqları narahat edilib.

Bu iş üsulu Azərbaycan rejimi üçün çox xarakterikdir. İnsan hüquqlarının radikal şəkildə pozulması Azərbaycan hakimiyyətinin son üç onillikdə əsas alətidir və müvafiq cəza tədbirlərinin olmaması və ya qeyri-adekvat olması səbəbindən bundan istifadə etməkdə davam edir.

Azərbaycan keçmişdə torədilmiş müharibə cinayyətləri üçün məsuliyyəti daşımaq əvəzinə, Ermənistana qarşı elan edilməmiş ərazi iddiaları siyasətini bir daha sübut edərək, yeni eskalasiyalara getməkdə davam edir”.

Daha çox göstər
Back to top button