BaşlıcaSiyasət

Səfir “Zəngəzur dəhlizi” haqqında: “İran üçün  hər hansı ərazi dəyişikliyi qəbuledilməzdir”

İran İslam Respublikasının yekun mövqeyi region ölkələrinin ərazi bütövlüyünə hörmət etməkdir.

İran İslam Respublikasının Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani “Zəngəzuri dəhlizi” ilə bağlı İranın mövqeyinin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırıb.

“İran İslam Respublikasının yekun mövqeyi ondan ibarətdir ki, biz heç bir şəkildə ərazi dəyişikliyini qəbul edə bilmərik. İstənilən ərazi dəyişikliyi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında aparılmalıdır və bu, bizim yekun mövqeyimiz olacaqdır. İran İslam Respublikasının yekun mövqeyi region ölkələrinin ərazi bütövlüyünə hörmət etməkdir”-  deyə  səfir qeyd edib.

Diplomatın sözlərinə görə, İranın Ermənistan ətrafında gərgin vəziyyət görməsi qəbuledilməzdir.

“Biz bütün tərəfləri mümkün qədər tez  səmimi və sülhsevər münasibətlər qurmağı dəstəkləyirik”. Biz əminik və inanırıq ki, yeganə yol sülh münasibətləri və mehriban dialoqdur. Bizim regionda sülhün bərqərar olması üçün bütün tərəflərlə əlaqələrimiz və dialoqumuz var” – deyə səfir bildirib.

Daha çox göstər
Back to top button