BaşlıcaSiyasət

Artak Beglarian “National Journal”- a:  “Azərbaycan  Ermənistanla  sülhə yox, müharibəyə hazırlaşır”

ABŞ Konqresinin ən çox istinad edilən qəzetlərindən biri olan “National Journal” Artak Beqlaryan və onun və müvəqqəti insan haqları müdafiəçisi Geğam Stepanyanın ABŞ-a son səfəri zamanı onunla geniş müsahibə dərc edib.

“Artak Beqlaryan Qafqaz regionunun, Dağlıq Qarabağın mübahisəli ərazisinin dövlət naziri və hüquq müdafiəçisi olub. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, lakin tarix boyu regionun əhalisi həmişə etnik olaraq erməni olub.

Ötən ilin sentyabrında Azərbaycan qüvvələri 150 minə yaxın etnik ermənini Dağlıq Qarabağ bölgəsindən çıxararaq qaçqın vəziyyətinə salıb. 2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrına qədər Azərbaycan bütün malların və insanların Dağlıq Qarabağa giriş-çıxışını əngəlləyib və bu, Konqresdə həyəcan təbili çalan humanitar böhrana səbəb olub.

Uşaqlıqda mina partlaması nəticəsində görmə qabiliyyətini itirən Beqlaryan Kristina Maza ilə Konqresə son səfərindən və Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüquqlarını necə müdafiə etmələrindən danışıb. Bu müsahibə uzunluq və aydınlıq üçün redaktə edilmişdir.

Sual – Siz ABŞ-ın regionunuzda baş verənlərdə şərik olduğunu deyirsiniz, niyə?

Cavab – Əvvəlan, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvüdür.

İkincisi, insan haqları, demokratiya və soyqırımın qarşısının alınmasında öncül rolunu oynayan fövqəldövlətdir.

Üçüncüsü, ABŞ Soyqırım Konvensiyasını ratifikasiya edib və bununla bağlı öhdəlikləri də var.

Dördüncüsü, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq səviyyədə tanınmış vasitəçilik formatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Azərbaycan soyqırımı törətmək üçün qondarma “sülh danışıqlarından” istifadə edib.

ABŞ bu soyqırımın qarşısını almaq  naminə heç nə etməyib. Blokada, sentyabr təcavüzü və deportasiya zamanı Azərbaycanı yatırmaq üçün heç bir iş görülməyib və indi də belədir.

Azərbaycan Dağlıq Qarabağdan, bizim qayıdışımızdan və kollektiv hüquqlarımızdan yan keçmək istəyir.

Biz ABŞ-ı da bunda şərik hesab edirik. Dağlıq Qarabağın mühasirəsi zamanı BMT Təhlükəsizlik Şurasının üç fövqəladə sessiyası keçirildi, lakin bir dənə də olsun qətnamə təqdim edilmədi və qəbul edilmədi.

Həmçinin Birləşmiş Ştatlar Azərbaycanın konstruktiv danışıqlara getməsini gözləyərək bəzi qətnamə cəhdlərini əngəlləyib və onları qeyri-konstruktiv hesab edib.

Sual – Niyə deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım törədib?

Cavab – Bir çox beynəlxalq ekspertlər, o cümlədən BMT-nin Soyqırımın qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri Xuan Mendez və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo da daxil olmaqla, bunun soyqırım olduğunu iddia edirdilər.

Soyqırım Konvensiyasında deyilir ki, əgər kimsə etnik və ya dini qrupu qismən və ya tamamilə məhv etmək istəyirsə, bu, soyqırımdır.

Aydındır ki, Azərbaycan bizi məhv etmək istəyirdi. Lakin beynəlxalq ictimaiyyət bunu inkar edir, çünki onlar bu soyqırımın məsuliyyətini öz üzərlərinə götürmək istəmirlər.

Bundan əlavə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına mane olacağına inanırlar.

Sual – ABŞ qanunvericiləri və konqres idarələrini nümayəndələri onlarla görüşəndə ​​sizə nə deyirlər? Söhbətinizin mövzusu nə olur?

 Cavab – Hamı deyir ki, bizim geri qayıtmağa haqqımız var. Söhbət həm də sanksiyalardan gedir. Onlar qəbul edirlər ki, ABŞ-ın Azərbaycana hərbi yardımı kəsilməlidir.

Bu, ABŞ-ın şərikliyinin başqa bir formasıdır, çünki 2020-ci il təcavüzündən sonra da ABŞ Azərbaycana hərbi yardım göstərməkdə davam edib. USAF Aktının 907-ci maddəsi ABŞ-ın Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edir.

Bununla belə,  ABŞ administrasiyaları Azərbaycana hərbi texnika və digər yardımların çatdırılmasına məhdudiyyətlərin qarşısını almaq üçün öz səlahiyyətlərindən istifadə edib.

Biz həmçinin ümid edirik ki, ABŞ iqtisadi sanksiyalardan, o cümlədən Azərbaycandan olan konkret şəxslərə qarşı istifadə edəcək. Bu mənada biz də Maqnitski aktından Azərbaycana qarşı istifadə olunmasını istəyirik.

Dövlət Departamenti bu yaxınlarda Azərbaycanı dini etiqad azadlığı ilə bağlı xüsusi siyahıya salıb, çünki kilsələrimiz və qəbiristanlıqlarımız dağıdılır. Biz dini azadlığımızdan istifadə edə bilmirik.

Biz hamıya deyirik ki, siz bizim kollektiv hüquqlarımıza toxunmayınca və vətənimizə qayıtmayana qədər daimi sülh ola bilməz. Azərbaycan sülhə yox, Ermənistanla müharibəyə hazırlaşır.

Sual – Sentyabrdan sonra Dağlıq Qarabağ ermənilərinin həyatı necədir? Erməni konvoylarının evlərindən qovulduğunu gördük, amma çoxları nə olduğunu bilmir.

Mən ailəmlə, o cümlədən 2 və 5 yaşlı uşaqlarımla birlikdə Dağlıq Qarabağın paytaxtı Stefanakertdə yaşayırdım. Biz mühasirə zamanı orada idik. Nəhayət, gecə saatlarında keçid məntəqəsini keçərək getdim. Xoşbəxtlikdən məni görmədilər. İndi ailəmlə Ermənistanın paytaxtı Yerevanda yaşayıram.

Bütün qaçqınlar kimi bizim də mənzil, sabit gəlir problemimiz var. Böyük qızımın bir az qorxusu var idi. Bəzən baş verənləri xatırlayır: təcavüz, bomba, atışma. 5 yaşı olduğu üçün reallığı dərk edir. Bu qorxularını aradan qaldırmaq üçün o, psixoloqa baş çəkib. Bütün uşaqlar oxşar problemlərlə üzləşdilər.

Onlar bilirdilər ki, azərbaycanlılar bizi öldürəcək, yaxud işgəncə verəcəklər. Sentyabrın 19-dan evakuasiyanın sonuna qədər çoxlu hərbi cinayətlər baş verdi. Ona görə də xalqımız bizi öldürməsin, həbs etməsin, işgəncə verməsin deyə qaçmağa qərar verib.

Suual – “Dağlıq Qarabağdan olan bütün qaçqınları kim dəstəkləyir?”

Cavab – Bizi əsasən Ermənistan hökuməti və erməni  Spyurku(diasporu) təşkilatları dəstəkləyir. Ermənistan hökuməti bizə mənzilin altı aylıq kirayə haqqını verəcək, lakin bu vəsait tezliklə tükənəcək.

Birləşmiş Millətlər Təşkilatı müəyyən maliyyə yardımı göstərib, lakin bu, kifayət deyil. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı fövqəladə hallara operativ reaksiya vermək üçün 97 milyon dollar ayrıldığını açıqlayıb.

 USAİD 11 milyon dollar vəsait ayırmağı vəd edib. Sözügedən vəsait 150 min qaçqının ehtiyacları üçün çox azdır, baxmayaraq ki, hətta elan olunmuş vəsait də qismən ayrılıb.

 Buna görə də ümid edirik ki, ABŞ hökuməti, Birləşmiş Millətlər Təşkilatı və başqaları xalqımıza beynəlxalq dəstəyi artıracaqlar.

Digər tərəfdən, biz evə qayıtmaq istəyirik. Biz orada yaşamaq istəyirik, çünki bu bizim haqqımızdır. Biz istəyirik ki, beynəlxalq təhlükəsizlik təminatları olsun və orada layiqli həyat olsun.

Sual – Dağlıq Qarabağ hökuməti Ermənistanda mühacirətdə fəaliyyət göstərirmi?

 Cavab – Ermənistanda hökumət işləyir, amma onun fəaliyyəti üçün maliyyə vəsaiti yoxdur. Ermənistan da Azərbaycan tərəfindən böyük təzyiqlərə məruz qalır ki, hökumətimizi dağıtsın və bu səhifəni bağlasın.

Amma Parlament və Hökumət xalqımızın qanuni nümayəndələridir və biz öz maraqlarımızı və hüquqlarımızı təmsil etmək üçün hökumət sistemimizi saxlamağa çalışırıq.

Sual – Dağlıq Qarabağ hökuməti Ermənistan və Azərbaycan hökumətləri arasında aparılan danışıqlarda nə dərəcədə  cəlb olunub?

Cavab – Əsas problemlərdən biri odur ki, hökumətimiz və vətəndaş cəmiyyətimizin nümayəndələri həm Ermənistanda, həm də beynəlxalq aləmdə xalqımızın qərar qəbul etmə prosesində iştirak etmirlər. Heç kim bizim fikrimizi soruşmur.

Beynəlxalq təşkilatlar və xarici hökumətlər, o cümlədən Dövlət Departamenti açıq şəkildə bəyan edib ki, bizim geri qayıtmaq hüququmuz var. Amma bu qayıdışın şərtlərini bizimlə heç kim müzakirə etmir. Yekun məqsəd bizim qayıtmağımız və Dağlıq Qarabağda, o cümlədən BMT-nin təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli yaşamaq olmalıdır.

Sual – Vaşinqtona səfərinizin əsas məqsədi nədir?

Cavab – Ümumi məqsəd soyqırımını ifşa etmək, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək, xalqımızı, mədəni irsimizi və əmlakımızı uzunmüddətli perspektivdə qorumaqdır.

Biz həmçinin Azərbaycanda həbsxanalarda olan bütün girovları və hərbi əsirləri azad etmək istəyirik. Azərbaycan 23 nəfərin həbs olunduğunu təsdiqləyib, lakin 2020-ci ilə qədər 100-ə qədər adamın əsirlikdə olduğuna dair sübutlarımız var. Onlardan səkkizi siyasi liderlərimizdəndir.

Ona görə də biz Dövlət Departamentindən də sanksiya tətbiq etməsini və Azərbaycan hakimiyyətinə təzyiq göstərməsini istəyirik ki, girovlarımızı azad etsinlər”.

Daha çox göstər
Back to top button