Azərbaycanın mədəniyyət soyqırımının növbəti qurbanı Stepanakertdəki Alek Manukyanın abidəsidir
Azərbaycan işğal olunmuş Artsaxda abidələri məhv etməyə davam edir. Artsaxda erməni izini tamamilə məhv etmək məqsədi daşıyan bu siyasət dövlət səviyyəsində həyata keçirilir. Hayk mədəniyyətinin Ombudsmanı Hobik Avanesov bu haqda yazaraq Azərbaycan tərəfindən Artsax Respublikasında mədəni soyqırımın növbəti hadisə barədə xəbərdarlıq edir.
O, bildirir ki, 2023-cü ildə Dekabrın 24-də azərbaycanlı Youtube kanallar Artsaxın paytaxtı Stepanakertdən video yayıblar. Videonun ilkin öyrənməsi və təhlilindən məlum olub ki, xeyriyyəçi, xalq xadimi Alek Manukyanın abidəsi Azərbaycanın mədəniyyət soyqırımının növbəti qurbanına çevrilib.
“Beynəlxalq cinayət məhkəməsinin 8-ci maddəsi işğal olunmuş ərazilərdə mədəni irsin məhv edilməsini beynəlxalq müharibə cinayəti hesab edir. “Hərbi hədəflər istisna olmaqla, din, təhsil, incəsənət, elm və ya xeyriyyə məqsədləri üçün nəzərdə tutulmuş strukturlara, tarixi abidələrə, xəstəxanalara qəsdən hücum etmək qadağandır”.
“Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, quldurluq, mənimsəmə, düşmənçilik və qisas aktları qadağandır” – deyə Avanesov beynəlxalq qanunları xatırladıb.