BaşlıcaSiyasətTəhlil

COP29-a ev sahibliyi edən Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması ilə seçilir: Meri Robinson

Euobserver İrlandiyanın keçmiş Prezidenti, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Meri Robinsonun COP29 sessiyasına ev sahibliyi edən Azərbaycan barədə məqaləni dərc edib.

Məqalədə o qeyd edib ki, bu həftə dərc olunan Münhen Təhlükəsizlik Hesabatı beynəlxalq təhlükəsizliyi ilə bağlı ən aktual çağırışları ətraflı şəkildə təsvir edir.

Lakin hesabatda bu günə kimi davam edən ədalətsiz və saxta seçkilərə toxunulmayıb.

Bu fenomen Azərbaycanda bu yaxınlarda keçirilən növbədənkənar prezident seçkiləri zamanı aydın şəkildə nümayiş etdirildi və bu seçkilərdə hazırkı prezident İlham Əliyevin 92 faizdən çox səslə qalib gəlməsi təəccüblü deyil.

“Azərbaycanda növbəti prezident seçkiləri 2025-ci ilin əvvəlində keçirilməli idi, lakin prezident Əliyev 2024-cü il fevralın 7-nə növbədənkənar seçkilər təyin etməklə, demokratik proseslərin manipulyasiyası ilə bağlı ciddi suallar doğuraraq seçkiləri sürətləndirdi. Tarixlərrin bu kəskin dəyişiklikdə şəffaflığın olmaması hazırkı prezidentin seçki tarixlərini manipulyasiya etmək səlahiyyəti ilə bağlı narahatlıqları artırır.

Prezident Əliyevin seçkiləri sürətləndirmək qərarı hesablanmış siyasi strategiyadır. Dağlıq Qarabağ bölgəsini bu yaxınlarda işğalı nəticəsində qazandığı populyarlıq dalğası fonunda Əliyev bundan yararlanmaq və öz hakimiyyətini davam etdirməsini təmin etmək məqsədi güdürdü.

İlham Əliyev 2009-cu ildə prezidentlərin iki dəfə seçilməsi məhdudiyyətini ləğv edərək, prezident kimi mövqelərini gücləndirdi. Bundan sonra 2016-cı ildə qanunvericiliyə dəyişikliklər, o cümlədən prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması və namizədlər üçün yaş həddinin aşağı salınması olub.

Əliyev daha bir şübhəli addımı ilə həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin edərək, ailənin ölkə rəhbərliyinə nəzarətini gücləndirib”.

Məqalənin müəllifi qeyd edir ki, Əliyevlər ailəsinin Azərbaycanın siyasi mənzərəsinə sarsılmaz nəzarəti ədalətli seçkiləri boğmaqla və insan hüquqlarına pozuloması ilə olur.

“2003-cü ildə hakimiyyətə gələndən bəri İlham Əliyev müxalifətə qarşı ardıcıl repressiyalar həyata keçirib və yüzdən çox siyasi rəqibini həbs edib, həmçinin onun administrasiyası 120 mindən çox etnik ermənini etnik təmizləməyə məruz qoyduqdan sonra Dağlıq Qarabağın səkkiz tanınmış keçmiş liderini həbs edib.

Ona görə də bu son seçkidə Əliyevə “əleyhinə” çıxan digər altı prezidentliyə namizədin niyə onun hakimiyyətini ümumiyyətlə tənqid etməməsi təəccüblü deyil.

Üstəlik, rejimin söz azadlığına sayğısızlığı müstəqil jurnalistikanı boğmaqla, korrupsiyanı ifşa etməyə cəsarət edən jurnalistlərin davamlı həbslərlə özünü göstərir.

Sərhədsiz Reportyorlar təşkilatı Mətbuat Azadlığı İndeksində Azərbaycanı 180 ölkə arasında 151-ci yerə layiq görüb.

80 mindən çox seçki müşahidəçisinin qeydə alındığı iddialarına baxmayaraq, Azərbaycanın müşahidəçiləri ölkədən çıxarması, seçki saxtakarlığına yol verməsi və etirazları zorakılıqla susdurulması ölkədə seçki proseslərinə inamla bağlı ciddi narahatlıqlar yaradır.

ATƏT öz bəyanatında bu ay keçiriləcək seçkilərdə olan bozuntuları qeyd edib.

Beynəlxalq ictimaiyyət bu bədbəxt hadisələrin şahidi olanda Əliyev rejimi tərəfindən törədilən kobud insan haqları pozuntularının ünvanlanması vacib olur. Bu, xüsusilə vacibdir, çünki Azərbaycan bu ilin sonuna planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu mühüm iclası olan COP29-a ev sahibliyi edəcəkdir.

Minlərlə iş adamı, iqlim və insan haqları fəalları bu il Bakıya səfər etməyə hazırlaşarkən, onlar bunu təmiz vicdanla etməli və ev sahibi ölkəni COP əsas prosesi olan fundamental insan hüquqlarına düzgün yanaşmağa çağırmalıdırlar.

Administrasiyanın insan hüquqlarının pozulması ilə bağlı qeydlərə göz yumması yolverilməzdir. Azərbaycanın insan haqlarına və müstəqil mətbuata hörmət etməsi, bütün siyasi məhbusları azad etməsi və Ermənistanla sülh sazişi imzalaması çox lazımdır. Bu, COP29-a ev sahibliyi edən ölkədən gözlənilən minimumdur”.

Daha çox göstər
Back to top button