BaşlıcaSiyasət

Tiqran Balayanın “Brussels Signalı”-na müsahibəsi:  “Ermənistanla gərginlik fonunda Azərbaycan PUA, hərbi texnika alır”

Ermənistanla gərginlik fonunda Azərbaycan xaricdən, həmçinin İsrail və Türkiyədən pilotsuz təyyarələr və hərbi texnika alır.

Verilən məlumata görə, bu haqda ER-nın AB-dəki nümayəndəliyinin rəhbəri, səfir Tiqran Balayan “Brüssel siqnalı” ilə söhbətində bildirib.

Ermənistan İsrail və Türkiyədən də daxil olmaqla hərbi reyslərlə gələn sursatların alınmasını izləyib. Bu daşınmalara dronların daxil olduğu güman edilir.

“Azərbaycanın hərbi texnikasının 60 və ya 70 faizi İsraildən, sonra isə Türkiyədən gəlir” – deyə Balayan bildirib.

Səfir bu yaxınlarda Azərbaycana artilleriya avadanlığı satışı ilə bağlı razılaşmanı elan edən Serbiyadan hərbi uçuşların artdığını da qeyd edib.

Azərbaycanın 4 erməni hərbçisinin ölümü ilə nəticələnən son təcavüzündən danışan Balayan qeyd edib ki, bu, Ermənistan və Avropa Birliyi   arasında əməkdaşlığın səviyyəsinin artırılmasına cavabdır.

“Həmin hücum təkcə Ermənistan üçün deyil, həm də Brüssel üçün mesaj idi” – deyən Balayan hadisənin AB-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından bir neçə saat öncə baş verdiyini bildirib.

Balayan bu hücumu AB-nin  “hakimiyyətinə”  istiqamətlənmiş açıq-aşkar “çağırış” olaraq səciyyələndirib.

Səfir qeyd edib ki, Azərbaycanın Ermənistanla münaqişəyə son qoymaq niyyəti yoxdur.

“Bütün xəbərdarlıq çağırışlara baxmayaraq, Azərbaycan aqressiv ritorikasını, aqressiv hərəkətlərini, qətl və təxribatlarını dayandırmayıb”- deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button