Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2023-cü ildə 8,7% artaraq 9,5 trilyon dram təşkil edib ki, bu da hazırkı məzənnə ilə 23,5 milyard dollara bərabərdir.
Statistika Komitəsinin ilkin məlumatlarına görə, iqtisadiyyatın artımına 6,7 faizlə ticarət və xidmət sektoru, 1,07 faizlə tikinti sektoru, sənaye 0,32 faizlə, kənd təsərrüfatı cəmi 0,02 faizlə töhfə verib. Adambaşına düşən ÜDM ötən il 8168 dollar olub. Bu göstəricinin artımı 1 ildə 24% təşkil edir. 2022-ci ildə adambaşına düşən ÜDM 6569 dollar olub