BaşlıcaSiyasət

Artsaxlılar Artsaxa Azərbaycan vətəndaşları kimi qayıda bilməzlər: Artur Tovmasyan

Artsaxın Ermənistan Respublikasındakı nümayəndəliyində keçirilmiş iclasdan sonra Artsax Respublikasının Parlament sədrinin müavini Vahram Balayan jurnalistlərlə söhbətində bildirib ki,  bizim tariximizin artsaxlı səhifəsi hələ bağlanmayıb və yazılmağa davam etməlidir. Artsaxlılar hər il bu gündə Artsaxın Qardaşlıq məzarına baş çəkirdilər, amma bu gün addımları vətən uğrunda öz həyatlarını qurban vermiş erməni oğlularının  xatirəsini ehtiramla yad etmək üçün “Erablur” hərbi ponteonuna yönəldiblər. Artsaxın keçmiş rəsmiləri Artsax müharibələrində həlak olmuş hərbi quluqçuların məzarları üzərinə gül dəstələri qoyublar.

Boşadılmış Artsaxı ermənilərlə məskunlaşdırmaq, vəziyyəti düzətmək üçün üçlük vacibdir. Artsax Parlamenti ER-dakı nümayəndəliyində iclas çağırıb, onun iştirakçıları vəziyyətdən çıxış yolu kimi üçlüyün vacibliyini qeyd ediblər.

İclasdan sonra Artsax Parlamentinin sədr müavini Vahram Balayan jurnalistlərə bildirib ki, Artsax tarixinin səhifəsi hələ bağlanmayıb.

 Onun sözlərincə, hər bir nəsil ölkənin, dövlətçiliyin qorunub saxlanmasına öz töhfəsini verməlidir, ona görə də tarixi vətənin bir hissəsini yenidən azad etmək üçün mübarizə davam etdirilməlidir.

“Artsax məsələsinin Azərbaycanın ərazi bütövlüyü ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Biz öz ərazimizdə öz müqəddəratını təyin etdik. Qeyd etmək lazımdır ki, bizim heç bir ölkə və ya xalqın ərazisi ilə bağlı heç bir iddiyamız olmayıb. Sovet dövründə bizim Dağlıq Qarabağ Muxtar Vilayətimiz var idi və o, Azərbaycan kimi Sovet İttifaqının tərkibində müəyyən statusa malik idi. Üstəlik, Dağlıq Qarabağ Muxtar Vilayətinin də Konstitusiyası var idi”.

Vahram Balayan 2023-cü ilin Sentyabrında Artsax ermənilərinə qarşı baş verənləri  soyqırım aktı kimi qiymətləndirib.

Üçlüyün vacibliyi barədə həmçinin Artsax Parlamentinin keçmiş sədri Artur Tovmasyan danışır. Onun fikirincə, hazırda Artsax-Ermənistan-Spyurk sıx əlaqəsi həmişəkindən daha cox lazımdır.

Parlamentin keçmiş sədrinin aydınlaşdırılmasına görə, Artsax Parlamenti fəaliyyət göstərməyə davam edəcək. “Qanunlar qəbul etməyəcəyik, amma qərarlar, bəyanatlar olacaq”-deyə Artur Tovmasyan bildirib.

“Bizim iki yolumuz var: biri vətənpərvərlik yolu, digəri isə mövcud reallıqları nəzərə almaqdır. Hesab edirəm ki, Ermənistan və Artsaxın soydaşlarımıza zərər verməmək üçün indiki reallıqları rəhbər tutmalıyıq”.

Artur Tovmasyanın fikirincə, Artsaxa qayıtmaq üçün beynalxalq zəmanətlər lazımdır, çünki ciddi təhlükəsizlik problemlər var. Onun qiymətləndirilməsinə görə, artsaxlılar Artsaxa Azərbaycan vətəndaşları kimi qayıda bilməzlər.

“Beynalxalq zəmanətlər olduqca vacibdir, təhlükəsizlik məsələləri var. Artsaxlılar Artsaxa Azərbaycan vətəndaşları kimi qayıda bilməzlər. Bu mümkün deyil”.

Artsax Parlamentinin keçmiş sədri Aşot Ğulyan bərpa olunmağı və mübarizənin yeni mərhələsinə başlamağı barədə danışır. O, hesab edir ki, bunun üçün mümkün olan bütün yollardan istifadə etmək lazımdır.

“Mən şərəfli yol keçdiyimizə və özümüzü yenidən kəşf etmək və azadlıq mübarizəsinin yeni mərhələsinə başlamaq potensialına malik olduğumuza inananların hamısını təbrik etmək istəyirəm”.

Bu günlərdə Artsax Parlamentinin rəhbərliyi Artsax məsələləriylə komitə koordinatoru, keçmiş Xarici işlər naziri Vardan Oskanyanla görüşüb və beynalxalq əsas zəmanətləri altında fiziki mövcudluğa və səxsiyyətə təhdidləri istisna olmaqla Artsax ermənilərinin vətənə qayıtması ilə bağlı məsələləri müzakirə ediblər.

Vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Artsaxın ermənilərdən boşaldılması və müvəqqəti işğalı Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu öz minillik vətənində təhlükəsiz yaşamaq üçün beynəlxalq hüquq normaları ilə təsbit edilən təbii tələbi aradan qaldıra bilməz, deyə komitənin hesabatında deyilir.

Daha çox göstər
Back to top button