BaşlıcaSiyasət

Azərbaycanda həbs edilmiş müxalif xadiminin qohumları onun Navalninin taleyinə nəsib olacağından qorxurlar

Azərbaycanda həbsdə olan müxalif “Demokratiya və rifah” partiyasının rəhbəri və tanınmış iqtisadçı Qubad İbadoğlunun doğmaları onun həbsdə dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalninin taleyinə  layiq olmasından qorxurlar.

İbadoğlunun qardaşı Azərbaycan mətbuat vasitələrinə bildirib ki, Navalninin həbsxanada ölümündən sonra iqtisadçının səhhəti ilə bağlı narahatlıqlar artıb. “Hələ ötən ilin Sentyabrında həbsdə olan qardaşıma effektiv tibbi yardım göstərilməməsi ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinin rəhbərlərinə müraciət etmişdim. Biz, onun ailəsi onun fiziki cəhətdən məhv edilə biləcəyindən narahatlığımızı bildirdik” – deyə o, qeyd  edib.

O, deyib ki, yerli və beynalxalq qurumlara İbadoğlunun səhhətinə təhdid edən təhlükələr barədə ardıcıl olaraq məlumatlandırıb. Ciddi sağlamlıq problemlərinə baxmayaraq, İbadoğlunun xəstəxanaya yerləşdirilməsinə icazə verilmir.

 “Navalninin ölümündən sonra qardaşımın da eyni taleyi yaşaya biləcəyindən ciddi qorxuruq. Onu Bakı İstintaq təcridxanasının səhhiyə hissəsinə aparırlar, sonra isə bir dəqiqə belə uzanıb dincəlməsinə imkan verməyərək dərhal kameraya aparırlar.

İslah xidmətində sistemli köçürmə və analoji kompleks stasionar müalicə tədbirləri üçün ixtisaslaşmış tibb müəssisəsi fəaliyyət göstərir.

Lakin Ədliyyə nazirliyi, nazirliyin baş tibb idarəsi və Penitensiar xidməti səhhətində çətinliklər qeydə alınan qardaşımı ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürməkdən imtina edir” – deyə siyasətçinin qardaşı bildirib.

Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü il İyulun 23-də saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini ekstremist təbliğatda (CM-nin 167-3.1maddəsi) ittiham olunaraq həbs edilib. Bu ittihamlarla onu 17 ilə qədər həbs gözləyir. 2023-cü il İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi müxalifətçiyə qarşı 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Fevralın 15-də onun həbs müddəti daha 3 ay uzadılıb.

İbadoğlu özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və onu siyasi sifarişlə həbs olunduğunu qeyd edir. Yerli və beynalxalq hüquq müdafiəçi təşkilatlar, o cümlədən ABŞ Dövlət katibliyi bə bir sıra konqresmenlər Qubad İbadoğlunu  siyasi məhbus hesab edir və Azərbaycan hakimiyyətini onu azad etməyə çağırır.

 İbadoğlu siyasi fəaliyyəti ilə yanaşı, iqtisadçı kimi də tanınır və bir sıra xarici universitetlərdə dərs verir. O, sosial şəbəkələrin səhifələrində mütəmadi olaraq İlham Əliyevi iqtisadiyyatın pis idarə olunmasına, ölkədəki korrupsiyaya, insan haqlarının pis vəziyyətinə görə tənqid edirdi.

O, həmçinin tez-tez Türkiyə və Azərbaycan prezidentlərinin və onların qohumlarının ailələrinin Artsaxın işğal olunmuş ərazilərindən öz biznes planlarını həyata keçirmək üçün necə istifadə etdiklərini təqdim edirdi.

Daha çox göstər
Back to top button