Fevralın 20-də Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası fəaliyyətinin birinci ilini qeyd edib.
Bu barədə Missiyanın “X” mikroblokunda yer alan məlumatında deyilir.
“365 gün ərzində missiya 1720-dən çox patrul həyata keçirib.
Hava şəraitindən asılı olmayaraq, missiya fəaliyyətini davam etdirir. Cermuk yaxınlığında patrul zamanı missiya Avropa Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar komandiri Stefano Tomatanı qəbul edib”, – deyə məlumatda vurğulanıb.