BaşlıcaSiyasət

Roma və Bakı arasında təhlükəli münasibətlər

Irpimedia.irpi.eu saytında italyan jurnalist Simone Zoppelaronun araşdırması dərc olunub.

2022-ci ildə Avropada Ukraynaya təcavüzdən sonra Rusiyadan enerji müstəqilliyinə necə nail olmaq barədə çoxlu müzakirələr olub. Və həqiqətən də, ilkin qorxu və çətinliklərə baxmayaraq, nəticələr gəldi. Bütün mövcud məlumatlar həm Avropa səviyyəsində, həm də İtaliyada idxalın kəskin azalmasına işarə edir və növbəti illərdə daha da azaldılmasına yönəlmiş bir çox layihələr var.

Lakin çokları bilmirlər ki,bu qış bu qış italyanların və avropalıların evlərini qızdırmaq üçün istifadə edilən qazın arxasında başqa bir aydın problemli insan haqları hekayəsi dayanır. Bu, Azərbaycandır hansı ki, 2023-cü ilin sentyabrında etnik təmizləmə aparıb.

Müəmmər Qəddafidən tutmuş Səddam Hüseynə, Tayyib Ərdoğandan Vladimir Putinə qədər Avropa və Amerikanın diktaturalara dəstəyi real bumeranq olmasa da, çox vaxt riskli əməliyyat olub. Bu siyahıya Azərbaycan və onun diktatoruna yaxınlığı əlavə etmək olar.

Qaz və neftlə yanaşı, Meloni hökuməti dövründə Roma və Bakı arasında əlaqələri “Leonardo” gücləndirir. O Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfəri zamanı bəyan edib ki, iki ölkənin müdafiə nazirlərinin nümayəndələrinin iştirakı ilə C-27J Spartan hərbi-nəqliyyat təyyarələrinin tədarükünə dair müqavilə imzalanıb və İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq müdafiə sənayesi məhsullarına da aiddir.

İtaliyanın müdafiə naziri Guido Crosetto “Azərbaycan ilə NATO, eləcə də Azərbaycan və Aİ arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə” 2023-cü ilin yanvarında Bakıya rəsmi səfərdə idi. Korzetonun qeyd etdiyi kimi, saziş baş nazir Corc Meloni tərəfindən dəstəklənir və “Azərbaycan Silahlı Qüvvələrinin geniş modernləşdirilməsi proqramı”nın bir hissəsidir.

Bir çox Avropa ölkələrinin və ABŞ-ın Əliyevlər sülaləsindən tədricən uzaqlaşmasından fərqli olaraq, İtaliyanın diplomatik dəstəyi ticarət əlaqələrinə əlavədir. İtaliya “İtaliya ilə Afrika qitəsi dövlətləri arasında əməkdaşlığı gücləndirmək” məqsədi daşıyan Mattei planında (İtaliyanın ENI neft şirkətinin rəbəri) Bakıya mərkəzi rol vermək qərarına gəlib. İtaliya karbohidrogenlərin Avropanın qalan hissəsinə paylanması üçün mərkəzə çevrilərək neft tədarük etməlidir. Onların mənşəyi TAR vasitəsilə həm Şimali Afrika, həm də Azərbaycandır.

Moskva ilə münasibətlərin fəlakətli nəticələrindən sonra, başqa şeylərlə yanaşı, getdikcə daha çox Vladimir Putinə yönələn başqa bir diktaturanın yetişdirilməsinin mənası varmı? Rusiya ilə Ermənistan arasında münasibətlər ən aşağı səviyyədə olsa da, Bakı Moskvada fundamental dəstək tapır. Rusiyanın “Газпром” şirkəti avropalı tərəfdaşlarının artan tələblərini ödəyə bilməsi üçün Azərbaycanın dövlət şirkəti olan SOCAR-a Rusiya qazının tədarükünə qayıdıb. Azərbaycan Rusiyadan sərbəst şəkildə qaz idxal edə bilər və bu, qaz gəlirləri hesabına qidalanan Rusiya döyüş maşınına kömək edir.

İtaliya Bakının “kürü diplomatiyası” üçün çox münbit zəmin idi, bu strategiya siyasətçilərin və diplomatların, eləcə də akademiklərin və jurnalistlərin korrupsiyası sayəsində xaricdə diktaturanın maraqlarını qorumağa və genişləndirməyə yönəlmişdi. Məhkəmənin nəticələri ilə təsdiqlənən ən məşhur iş Luka Volonte və Azərbaycanın Avropa Şurası üzvlərinə verdiyi rüşvətlər idi.

Bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlar və media qurumları bu rejimə “normallıq pərdəsi” verməkdə ittiham olunurlar. 2022-ci ilin sonunda British Petroleum neft şirkəti tərəfindən maliyyələşdirilən və prezident ailəsinin ianəsinin dəstəyi ilə “Azərbaycan möcüzələri” sənədli filmini yayımlayan BBC ilə də eyni şey oldu.

Vatikanın Bakının planlarında oynadığı rol az bilinsə də, heç də əhəmiyyətsiz deyil. Yenə də Bakıdan Romaya milyonlarla avro köçürülüb, hansılar rəsmi bəyanatlara əsasən, guya ki, mədəniyyət layihələri üçün idi…

Daha çox göstər
Back to top button