BaşlıcaSiyasət

Armen Qriqoryan Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya  üçün hansı xəritələrdən istifadə edilməli olduğunu diqqətə çatdırıb

Xəritələrdən istifadə etməklə demarkasiya və delimitasiya Ermənistan tərəfi üçün önəmli  məsələdir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə bildirib ki, 2022-ci il oktyabrın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Praqada Alma-Ata bəyannaməsi əsasında  bir-birinin ərazi bütövlüyünü  tanımağa razılaşıblar.

“Bu bəyannamədə qeyd olunur ki, SSRİ-nin dağılması zamanı Sovet İttifaqı respublikaları öz aralarında olan inzibati sərhədi dövlətlərarası sərhəd kimi tanıyıblar, bu isə o deməkdir ki, Ermənistanla Azərbaycan arasında AlmaAta Bəyannaməsi tərəfindən tanınan sərhəd var idi.

İndi bizim Sovet İttifaqının son illərdə rəsmi qurumlar tərəfindən dərc edilmiş xəritələrindən dövlətlərarası sərhədlərin bərpası üçün istifadə ilə bağlı problemimiz var” – deyərək Qriqoryan bildirib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu, tamamilə legitim yanaşmadır, heç bir beynəlxalq prinsipi pozmur və tamamilə Ermənistan tərəfinin razılaşdırmağa çalışdığı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması çərçivəsindədir.

“Danışıqlar gedir və gec-tez bu məsələdə razılaşacağıq, çünki Ermənistanla Azərbaycan arasında başqa xəritələr yoxdur” – deyərək  Qriqoryan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button