BaşlıcaSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanı Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərində ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyi 21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı “Azərbaycana qarşı” səsləndirdiyi fikirləri pisləyən bəyanat yayıb.

XİN Fransanı “bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasət yürütməkdə” ittiham edib.

Qeyd olunub ki, “30 ilə yaxın müddətdə hüquqları pozulmuş azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir”.

Diqqətəlayiqdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı qanlı müharibənin nəticələrinə istinad edir və “30 ildir” azərbaycanlıların hüquqlarının pozulmasından danışan Bakı sovet Azərbaycanında yaşamış, kütləvi qırğınlara, məcburi köçkünlərə məruz qalan minlərlə erməninin hüquqlarının pozulması barədə susur.

Xatırladaq ki, 2023-cü ildə Dağlıq Qarabağa qarşı təcavüzü nəticəsində bütün erməni əhali soyqırımı təhlükəsi altında öz ərazisini tərk edib.

Daha çox göstər
Back to top button