Ermənistan Şərq Tərəfdaşlığı ölkələrinin məhkəmə hakimiyyətinin müstəqilliyi reytinqinin cədvəlində ikinci yerdədir
Şərq Tərəfdaşlığı ölkələrinin 2023-cü il üçün aparılan araşdırmalar nəticəsində Ermənistan məhkəmə hakimiyyətinin müstəqillik indeksi reytinq cədvəlində 2021-ci ildəki 0,71-dən 0,89-a qədər artım qeydə alıb. Nəticədə Ermənistan məhkəmə müstəqilliyi indeksi 0,90 qiymətləndirilən ən yüksək reytinqli Moldovaya cəmi 0,01 balla təslim olub.
Bu barədə ER Məhkəmə Departamentinin “Facebook” səhifəsi məlumat yayıb.
“Bu kontekstdə Ermənistanın məhkəmə sisteminin müstəqilliyinə görə qonşu ölkələr arasında lider olması çox müsbət qiymətləndirilir.
Qeyd edək ki, Şərqi Tərəfdaşlığı birgə siyasi təşəbbüsdür ki, onun məqsədi Avropa Birliyinin, onun üzv dövlətlərinin və altı Şərqi qonşusu Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında münasibətləri dərinləşdirmək və möhkəmləndirməkdir”-deyə məlumatda bildirilir.
Mənbənin sözlərinə görə, Şərq Tərəfdaşlığı indeksi altı ölkənin davamlı demokratik inkişaf və Avropaya inteqrasiya istiqamətindəki irəliləyişini ölçür.
Göstərici demokratiya və insan hüquqlarına hörmət və qorunma səviyyəsi, davamlı inkişaf və Avropa Birliyi ilə inteqrasiya da daxil olmaqla yaxşı idarəçilik istiqamətində irəliləyişi ölçür.