BaşlıcaSiyasət

Fransa fevralın 22-də Ermənistana müdafiə silahlarının bir partiyasını tədarük edəcək: Le Figaro

Fransa fevralın 22-də Ermənistana müdafiə silahlarının bir partiyasını tədarük edəcək.

Bu barədə “Le Figaro” məlumat yayıb.

Silahlanmaya 250 kilometr məsafədə rəqib təyyarələrini aşkar etməyə imkan verən Thales şirkətinin üç  Ground Master (GM 200) radarı, həmçinin gecəgörmə cihazları və durbin daxildir.

O da qeyd olunur ki, tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanan saziş bu il Fransa ordusunun ermənilər üçün 3 dağ döyüş hazırlığı kursu təşkil edəcəyini nəzərdə tutur.

2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornyu RTL radiostansiyasına müsahibəsində tezliklə Ermənistana səfər edəcəyini açıqlayıb.

Öz növbəsində AFP agentliyi Fransanın müdafiə nazirinin fevralın 22-də iki günlük səfərlə Ermənistana səfər edəcəyini bildirib.

Daha çox göstər
Back to top button