BaşlıcaEkonomika

Gürcüstandan yüksəkdir: Ermənistanın ÜDM-i 2023-cü ildə artıb

2023-cü ildə Ermənistanda adambaşına düşən ÜDM 8168 dollar, Gürcüstanda isə 8170 dollar təşkil edib. Ekspertlər sahəsində Ermənistan və Gürcüstanın 2023-cü ildəki iqtisadi göstəricilərini müqayisə edərək, Ermənistanın iqtisadi artım göstəricisində mövqeyini xeyli yaxşılaşdırdığını qeyd edirlər.

Bu anda Ermənistana gəlmiş rus relokantlarının iqtisadi artımına nə qədər töhvə verdiyi barədə hələ dəqiq qiymət yoxdur. Amma aydındır ki, temp azalır, 2024-cü ildə daha az olacaq. Eyni zamanda, Hindistandan köçürülən işçi qüvvəsinin əmək bazarında getdikcə hiss olunduğu nəzərə çarpır.

Ticarət(8,7 faiz iqtisadi artıma 2,9 faiz nöqtəsi ilə töhfə verib) İT (1,7 faiz nöqtəsi) və tikinti (1,1 faiz nöqtəsi). 2023-cü ildə iqtisadi artıma bu sahələr ən çox töhfə verib. Ötən il ÜDM artımı 7,9 faiz təşkil edib. ACSES analitik mərkəzinin direktoru Haykaz Fanyan qeyd edir: “ÜDM-un 8,7 faiz artımı Ermənistan kimi ölkə üçün pis göstərici deyil. Gürcüstan da Ermənistan kimi şəraitdə fəaliyyət göstərir, amma 7,5 faiz artım qeyda alıblar. Ermənisatn və Gürcüstanın həmin siyasi amilləri var, deməli Ermənistanın iqtisadi artımı müsbət hesab edilir”.

Haykaz Fanyan 2022-ci ilin xarici müsbət impulslarının 2023-cü ildə də qorunduğunu vurğulayır. Təkrar ixrac ticarət sahəsinin iqtisadi artımına daha çox töhfə verdi. 2023-cü ilin ilk səkkiz ayında avtomobillərin yenidən ixracı xüsusilə böyük olub, deyən iqtisadçı qeyd edir ki, şübhəsiz sonra məhdudiyyətlər olub.

Əks axın da müşahidə olunur. Ermənistana müəyyən məhsullar Rusiya Federasiyasından gətirilir, onlardan bəziləri emal olunur, bəziləri yox, amma ixrac olunur.

Son aylarda xüsusilə emal sənayesi sektorunun məhsulu zərgərlik məmulatlarının həcminin artması ilə əlaqədər böyükdür, yaradılmış əlavə dəyər isə azdır.

Bu anda Ermənistana gəlmiş rus relokantlarının iqtisadi artımına nə qədər töhvə verdiyi barədə hələ dəqiq qiymət yoxdur. Amma aydındır ki, temp azalır, 2024-cü ildə daha az olacaq. Eyni zamanda, Hindistandan köçürülən işçi qüvvəsinin əmək bazarında getdikcə hiss olunduğu nəzərə çarpır.

“Ermənistanda işsizlik struktur xarakteri daşıyır. Elə sahələr var ki, orada real mütəxəssislərə tələbat böyükdür, amma eyni zamanda, iqtisadiyyatda keyfiyyət aspektlərinə uyğun gəlməyən işçi qüvvəsi təklifi var”.

ACSES analitik mərkəzinin direktoru Ermənistan iqtisadiyyatının ümumi vəziyyəti daha çox müsbət qiymətləndirir. Lakin templərin saxlanılmaması riskləri də görür. Bunun əasasında ayrı iri investisiya layihələri və həmçinin Amulsar mədəninin istismarı ehtimalı var

İqtisadi artımla yanaşı, inflyasiya da cüziləşir. Mərkəzi bankın sədri Martin Qalstyan qeyd edir ki, beynəlxalq bazarlardan ötürülən deflyasiya hadisələri səbəbindən aşağı inflyasiya mühiti saxlanılacaq.

“2023-cü ilin dördüncü üç aylıqda ümumdünya və Ermənistanın əsas tərəfdaş ölkələrinin iqtisadi fəallığı səngiməkdə davam edib. Beynəlxalq mal bazarlarında inflyasiya mühiti yumşalır və ümumdünya inflyasiya bir qədər yavaşlayır. Tərəfdaş ölkələrdə əmək bazarının inkişafı tələbata töhfə verməkdə davam edir”.

İqtisadçı Haykaz Fanyan hesab edir ki, 2024-cü ildə iqtisadi artım daha təvazökar olacaq. Ermənistan Mərkəzi bankı 2024-cü ildə iqtisadi artımın 5 faizə yaxın olacağını və inflyasiyanın  məqsədyönlü hədəfə yaxınlaşacağını proqnozlaşdırır.

Daha çox göstər
Back to top button