BaşlıcaİctimaiyyətSiyasət

Lənkəranda polis talış dilinə həsr olunmuş tədbirin keçirilməsinə mane olub

Lənkəranda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə mane olunduğu bildirilir. Təşkilatçılardan Könül Rəsul Meydan TV-yə bildirib ki, tədbirin keçirilməsi bir ay öncəyə nəzərdə tutulubmuş. Bir gün qalmış isə Lənkəran Şəhər Polis İdarəsinin xidmət üzrə rəis müavini İltifat Yusifov heç bir səbəb gətirmədən tədbirin keçirilməsinə mane olub.

Könül Rəsul deyir ki, tədbirin keçirilməsində məqsəd talış dilinin inkişafına, yaşamasına töhfə vermək idi:

“Amma bizə imkan vermədilər. Bu cür maneələr yaradıb, hədə-qorxu gələndə, insanlar da geri çəkilir. Öz ölkəsində yaşayan millətə ana dilində tədbir keçirməyə icazə verilmir. Məgər mənim öz ana dilimdə tədbir keçirməyə haqqım yoxdur?”

Daha çox göstər
Back to top button