BaşlıcaSiyasət

Makron: “Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”

Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcəkdir

Bu haqda  Fransa Prezidenti Emmanuel Makron Baş nazir Nikol Paşinyanla birgə bəyanatı zamanı deyib.

“Biz müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik. Fransa müdafiə avadanlığı verməyə razılaşıb və Fransa heç bir gərginlik istəməyərək bu sahədə məsuliyyət ruhu ilə davam edəcək” – deyən Makron Fransanın Dağlıq Qarabağ qaçqınlarına humanitar öhdəliyini də davam etdirdiyini bildirərək. 2023-cü ildə 29 milyon avro təmin edəcəyini  bəyan edib..

Onun sözlərinə görə, Fransa Avropa Birliyi ilə Ermənistan arasında əlaqələrin inkişafına qətiyyətlə dəstək verəcək.

“Biz burada da ümumi strateji maraqlarımız üçün suverenlik və dayanıqlılığın lehinə irəliləyiş əldə edirik” – deyə  Fransa Prezidenti vurğulayıb və əlavə edib ki, Ermənistan da Avropanın sülh alətlərindən faydalanmalıdır.

O, bundan sonra sabitliyin, beynəlxalq ictimaiyyətin qərəzsiz məlumatlandırılmasının və hərbi təmas zonalarında həssas əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün AB-nin Ermənistandakı Monitorinq missiyasının gücləndiriləcəyinə inandığını bildirib.

Daha çox göstər
Back to top button