BaşlıcaSiyasət

Paşinyan:  “Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir”

Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir. Ermənistan Respublikasının yeganə problemi regionda düzgün balansı təmin etməkdir.

Bu barədə ER Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla birgə bəyanatında bildirib.

Paşinyan vurğulayıb ki, bununla bağlı tənqidlərin olduğu məlumdur, lakin onun sözlərinə görə, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır və Ermənistanın müdafiə qabiliyyətinin inkişafı bu baxımdan heç kimi narahat etməməlidir.

“Bizim yeganə vəzifəmiz regionda düzgün tarazlığı təmin etmək və qanuni, suveren və beynəlxalq birlik tərəfindən tanınan Ermənistanın ərazi bütövlüyünü və müstəqilliyini qorumaqdır” – deyə Baş nazir bildirib.

ER Baş naziri Nikol Paşinyan da vurğulayıb ki, Ermənistan və Fransa münasibətləri xüsusilə dinamik inkişaf mərhələsindədir. O, bu işdə xüsusi roluna görə Fransa Prezidentinə təşəkkür edib.

“Bizim əlaqələrimiz həm iqtisadi, həm də siyasi sahədə dərinləşir. Ermənistan ətrafında əlverişli mühitin yaradılmasında sizin böyük töhfənizi də qeyd etməliyəm. Siz 2022-ci il  oktyabrın 6-da  Praqada regional sülhün təməl daşı prinsiplərini vurğulayan dördtərəfli görüşü qeyd etdiniz. Əminəm ki, bu prinsiplərə əməl olunarsa, Ermənistan Respublikası ilə Azərbaycan arasında sülh həqiqətən əldə edilə bilər və real olacaqdır.

 Siz vurğuladınız ki, biz müdafiə sahəsində yeni əlaqələr qurmuşuq, bu, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün zəruridir” – deyə Baş nazir qeyd edib. O, həmçinin Ermənistanda demokratik islahatları və demokratiyanı dəstəklədiyi üçün Emmanuel Makrona təşəkkür edib

Daha çox göstər
Back to top button