BaşlıcaSiyasət

Qanun aliliyi yox, məhz siyasi hesablamalar: həbs olunmuş azərbaycanlı azadlığa buraxılıb

Ermənistan tərəfindən beynalxalq axtarışda olan Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Moskvanın Domodedov hava limanında həbs edilmiş Azərbaycan vətəndaşı Kamil Zeynallı azad edilib. Onun vəkili xəbəri təsdiqləyərək qeyd edib ki, Zeynallı Azərbaycanın diplomatik nümayəndəliyinin dəstəyi ilə azadlığa buraxılıb. Rusiya tərəfinin belə bir addımı gözlənilən idimi?

Kamil Zeynallının azad edilməsi ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi reaksiya olmayıb. Rusiya tərəfi qətl ittihamı ilə beynalxalq axtarışda olan Kamil Zeynallını niyə azadlığa buraxdığı aydın deyil, amma gözlənilən idi.

Azad etmək xəbərindən bir neçə saat əvvəl beynalxalq hüquq üzrə mütəxəssis Ara Ğazaryan  “Radiolur”la söhbətində  belə bir proqnoz verib.

“Əminəm ki, Rusiya qanunun aliliyi yox, siyasi hesablamanı rəhbər tutacaq. Belə olan halda Rusiyanın Zeynallını Ermənistana təhvil verməməsi və onun Ermənistanın axtardığı şəxs olmadığını və ya işgəncələrə məruz qalacağına dair əsaslı şübhələrin olmasını rəsmi şəkildə əsaslandırmaması çox mümkündür. Tamamilə özbaşına imtina da istisna edilmir, çünki biz yenə də qanunun aliliyinə hörmət etməyən bir ölkə ilə üzləşirik”.

Vəkil Ələkbər Qarayevin sözlərinə görə, Kamil Zeynallı insanlığa qarşı cinayyətlər, qadağan olunmuş müharibə üsulları ilə müharibə cinayyətləri, muzdluların işə götürülməsi, zorlama  maddələrlə ittiham olunub. Bununla belə, Azərbaycan hökuməti və səfirliyi cinayətkar qatilinin azad etməsinə nail olublar- deyə azərbaycanşünas Tatevik Ayrapetyan qeyd edib.

“Dəqiq müharibə cinayyəti baş verib. İrəli sürülmüş ittihamların sırasında məhz müharibə cinayyəti qeyd edilib. Lakin bundan əvvəlki müddətdə o, Moskvada həmçinin erməniləri öldürmək üçün alovlandırıcı çağırışlar da edib və öz bloqunda yayıb. Yəni biz konkret etnik nifrətin təbliğatı və onun həyata keçirilməsinə yönəlmiş addımları görürük.

Həbsdən sonra nədənsə Zeynallıya telefondan istifadə etməyə icazə verilib və üstəlik o, videomüraciət dərc etdirə bilib ki, orada Rusiyada sakitcə hərəkət etdiyini bildirib. Azərbaycanlı niyə məhz indi həbs olundu?

“Bu, kifayət qədər mürəkkəb sualdır və mən konkret cavab verə bilmərəm, hansı siyasi amillərin rol oynadığını bilmirəm. Amma fakt odur ki, o, uzun müddət idi ki, Rusiyada idi, amma həbs indi baş verdi. Hər halda, hansı mövzu ilə məşğul olduğumuzu sonrakı proseslər göstərəcək”.

Ermənistan və Azərbaycan ekstradisiya haqqında Avropa konvensiyasının tərəfləridir. Rusiya bu müqavilənin tərəfi deyil. Lakin Ara Ğazaryanın sözlərincə, belə olan  halda cinayətkarların ekstradisiyasına dair Minsk konvensiyası tətbiq edilməlidir.

“Bundan başqa, burada söhbət beynəlxalq cinayət törətməkdən gedir, təkcə Ermənistanın daxili qanunvericiliyi ilə müəyyən edilmiş cinayətdən deyil. Bu, daha məcburidir, amma nəzərə alın ki, biz Rusiya kimi dövlət barədə danışırıq”.

Kamil Zeyanllının vəkili bildirib ki, azərbaycanlı Bakıya qayıdacaq. Artıq məlum olduğu kimi, hərbi cinayətlər törədilmiş şəxslər Azərbaycanda əksər hallarda qəhramanlaşdırılır, sonra isə belə hərəkətlər təşviq edilir. “Radiolur”un həmsöhbətləri əmindirlər ki, yaxın vaxtlarda cinayətkarın daha bir qəhramanlaşdırılması halının şahidi olacağıq.

Daha çox göstər
Back to top button