AB Xarici Fəaliyyət xidmətinin mülki əməliyyatlar üzrə rəhbəri Stefano Tomat Ermənistanda yerləşən AB monitorinq missiyasının fəaliyyətini təsüratlı hesab edir.
AB-nin Ermənistandakı Monitorinq missiyasının 1 illiyinə həsr olunmuş tədbirdə o, bu il ərzində görülən işlərdən qürur duyduğunu bəyan edib.
“Mən əminəm ki, AB-nin monitorinq missiyası AB-nin sülh və sabitliyə sadiqliyini simvolizə edən Ermənistana və regiona əhəmiyyətli faydalar gətirəcək.
Son bir il ərzində sərhəd hadisələrinin sayı azalıb və bundan belə nəticəyə gəlmək olar ki, AB-nin monitorinq missiyası bu müsbət inkişafa töhfə verib. Lakin problemlər qalmaqdadır.
AB Monitorinq missiyasına qarşı son dezinformasiya kampaniyaları AB missiyasının fəaliyyət göstərdiyi çətin mühiti vurğulayır.
Və bu mənada missiyada göstərdikləri köməyə görə AB-nə üzv dövlətlərə təşəkkür sözlərimizi təsdiq etmək istərdim” – deyən Tomat, AB-nin monitorinq missiyasının inam yaratmaq üçün nəzərdə tutulduğunu və aqressiv tendensiyaların olmadığını vurğulayıb.
Onun sözlərinə görə, hazırda AB-nin monitorinq missiyasının əməkdaşlarının sayı artır.