BaşlıcaSiyasət

Azərbaycan hərbi-texniki sahəmizlə bağlı hər hansı yeni müqavilə olacağı təqdirdə hay-küy salır, amma milyardlarla silah alır: Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına eksklüziv müsahibəsində bəyan edib ki, Azərbaycan yeni müharibəyə hazırlaşır.

Onun sözlərinə görə, iki ölkə arasındakı böhranın sülh yolu ilə həlli vədləri faktiki olaraq Azərbaycanın hərəkətləri ilə təkzib olunurlar.

Nikol Paşinyan bəyan edib ki, Bakı Ermənistan ərazisini “Qərbi Azərbaycan” hesab edir. Baş nazirin sözlərinə görə, Əliyev ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin əldə olunmasını istəmir, əksinə Ermənistanın yeni ərazilərini zəbt etməyi hədəfləyir.

Fransanın Ermənistana göstərdiyi hərbi yardıma rəsmi Bakının reaksiyasına gəlincə, Paşinyan vurğulayıb ki, Azərbaycan da öz növbəsində silah-sursat əldə etmək üçün “milyardlarla avro” xərcləyir.

“Azərbaycan niyə Ermənistanın suveren ərazilərini işğal altında saxladığı halda, Ermənistan silahlı qüvvələrinin islahatlarından narahatdır? Biz güzgü variantında nəhayət sərhədlərimizin demarkasiyası və qoşunların çıxarılmasını təklif edirik. Qarşılıqlı olaraq qoşunlarımızı sərhəddən çıxarardıq ki, bu da sülhə doğru bir addım ola bilərdi”, – o qeyd edib.

Daha çox göstər
Back to top button