BaşlıcaSiyasət

Fransanın Müdafiə naziri ilə birlikdə Ermənistana müdafiə sahəsində aparıcı şirkətlərin nümayəndələri də gələcək

Fransanın müdafiə naziri Sebastyan Lekorn bir sıra aparıcı müdafiə şirkətlərinin nümayəndələri ilə birlikdə Ermənistana gələcək.

Bu haqda POLITICO məlumatlandırır.

Qeyd olunur ki, MBDA, Nexter, Safran, Thales, Arquus və Lecornu şirkətlərinin nümayəndələri Ermənistana gələcəklər.

MBDA raket inkişafı və istehsalı şirkətidir. Hər növ silahlı qüvvələrin (hava, dəniz, quru) raket və raket sistemləri ilə təmin edir. O, 48 növ raket istehsal edir, digər 15-i isə inkişaf mərhələsindədir (AIM-132, Meteor, MICA, Aspide, Apache, Exocet və s.).

Fransanın Nexter Systems şirkəti zirehli texnikanın, artilleriya sistemlərinin, döyüş sursatlarının və müvafiq avadanlıqların layihələndirilməsi, inkişafı və istehsalı üzrə ixtisaslaşıb.

Nexter Systems tanklar, zirehli texnikalar, artilleriya sistemləri, uzaq mənzilli döyüş sistemləri, zenit sistemləri və tank əleyhinə idarə olunan raketlər istehsal edir.

Safran şirkəti əsasən aerokosmik, müdafiə və təhlükəsizlik sektorlarında fəaliyyət göstərir. Safran aviasiya mühərrikləri, aviasiya avadanlıqları, optik-elektron sistemlər, naviqasiya sistemləri, idarəetmə sistemləri istehsal edir.

Thales əsasən kosmos, müdafiə, təhlükəsizlik və nəqliyyat sektorlarında fəaliyyət göstərir. Thales aerokosmik sistemlər, radarlar, elektron döyüş sistemləri, raket əleyhinə müdafiə sistemləri istehsal edir. Şirkət həmçinin kibercinayətkarlıq sahəsində həllər təklif edir.

Arquus şirkəti pilotsuz və müşahidə hərbi texnikasının layihələndirilməsi, inkişafı və istehsalı, eləcə də müvafiq xidmətlər üzrə ixtisaslaşmışdır.

Arquus piyada döyüş maşınları, zirehli personal daşıyıcıları, kəşfiyyat maşınları və ümumi təyinatlı zirehli maşınlar da daxil olmaqla bir sıra zirehli texnikanın dizaynını və istehsalını həyata keçirir.

Bundan əvvəl Fransanın fevralın 22-də Ermənistana müdafiə silahlarının bir partiyasını təhvil verəcəyi açıqlanmışdı. Silahlanmaya 250 kilometr məsafədə düşmən təyyarələrini aşkar etməyə imkan verən üç Thales Ground Master (GM 200) radarı, həmçinin gecəgörmə cihazları və durbin daxildir.

Daha çox göstər
Back to top button