Ermənistan Xİ naziri Vahat Kostanyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən AB müşahidəçilərinin erməni-azərbaycan sərhədindəki Nerkin Hand hissəsinə daxil olmasına icazə verməməsi faktına toxunub.
“Hökümət adından deyə bilərəm ki, qərarlar Ermənistan Höküməti və müvfiq idarələr tərəfindən qəbul edilməlidirlər, və əgər buna zidd hərəkətlər olubsa, o zaman onlar adekvat cavab almalıdırlar” – deyə Kostanyan rusların Ermənistanın suveren ərazisində hansı hüququ var ki, bu və ya digər ərazilərə kimə icazə vermək ilə bağlı qərar qəbul etsin və getməsin sualını cavablandırarkan bildirib.
Daha əvvəl xəbər olub ki, dünən keçirdiyi mətbuat konfransında AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bəyan edib ki, onların missiyası Rusiya FTX-nin məsuliyyəti altında olan Nerin Hand bölgəsi istisna olmaqla, Ermənistanın bütün ərazisinə səfər edə bilər.
AB müşahidəçilərinin Nerkin Handa girməməsinin əsas səbəbi nədir sualına o, belə cavab verib. “Bu sual Rusiya tərəfinə vermək lazımdır. Biz Ermənistanda qonaq vəziyyətdəyik. Ermənistan bu məsələ ilə məşğul olmalıdır, çünki biz Ermənistanda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ilə əlaqə saxlamırıq”.
Daha əvvəl jurnalistlərlə söhbətində TŞ-nin katibi Armen Qriqoryan Nerkin Handdakı son hadisədən danışaraq bildirmişdir ki, AB missiyasının həmin əraziyə çıxışı yoxdur, orada yalnız Rusiya Federasiyası mövcuddur və o, hadisəni dayandıra bilməyib və Ermənistan tərəfi 4 itki verib.