BaşlıcaSiyasət

Parislə əməkdaşlıqda məqsəd müqavimət səviyyəsini artırmaqdır: Marukyan

Ermənsitanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makronun dünənki bəyanatları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

“Mən dünən Parisdə Ermənistan və Fransa liderlərinin mətbuat konfransı zamanı verilən konstruktiv və sülh bəyanatlara cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını oxudum.

Təəccüblü olan isə odur ki, guya sülh yolu ilə gedən, lakin silahlı qüvvələrində davamlı olaraq təcavüzkar hərbi təlimlər keçirən və onları silahlandırmaqda davam edən bir ölkənin rəsmi nümayəndəsi sadəcə olaraq mətbuat konfransına əsaslanaraq regiondakı gərginliyi və sabitliyi pisləyən bəyanatlar verir.

Azərbaycanın bu döyüşkən bəyanatları, etnik təmizləmələr, işğalçı qoşunların Ermənistanın suveren ərazilərindən çıxarılmaması və davamlı olaraq sərhəd təxribatlarının təşkili regionumuzda sabitliyi pozan səbəblər deyilmi?

Ermənistan Respublikasının hərbi əməkdaşlığının bir məqsədi var: müqavimət səviyyəsini artırmaq və suveren ərazilərimizin bütövlüyünü təmin etmək”, – Marukyan yazıb.

Daha çox göstər
Back to top button