BaşlıcaEkonomika

Paşinyan Fransada:  “Ermənistanda şərabçılıq çox yaxşı templə inkişaf edir”

2023-cü ildə Ermənistan Respublikası turizm sektorunda çox nəzərəçarpacaq irəliləyiş qeydə alıb, o mənada ki, turist axını artıq 2019-cu ilin göstəricisini keçib.

Bu haqda, fevralın 22-də Parisdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Siyasi dialoqun Elit klubunda müxtəlif sahələrdə fəaliyyət göstərən bir qrup böyük fransız şirkətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.

“Hazırda Ermənistanda şərab sənayesi də çox yaxşı templə inkişaf edir və hesab edirəm ki, burada da investisiya potensialı var.

Bizim geniş su anbarı tikintisi proqramımız var. O cümlədən, hazırda 15 orta və kiçik su anbarının tikintisi layihəsi həyata keçirilir. Biz bunu strategiya kimi seçmişik” – deyə Baş nazir bildirib.

Daha çox göstər
Back to top button