BaşlıcaSiyasət

Rusiya sərhədçiləri Yerevanın “Zvartnots” hava limanından çıxarılacaq

Yerevanın “Zvartnots” beynalxalq havalimanından rus sərhədçiləri çıxarılacaq. Məlumat Factor.am-a ER yüksək rütbəli mənbəsi bildirib. Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.

Rəsmi dəqiqləşdirməyib ki, belə qərarın səbəbi nədir, lakin siyasi qərarın olduğunu əmin edir. Maraqlı odur ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası sazişlə tənzimlənmir.

Factor.am-a məlum olub ki, Rusiya sərhədçiləri hava limanında ER Milli təhlükəsizlik xidmətinin və Rusiya Federal təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının komandirləri arasında imzalanmış sənədə əsasən xidmət göstərirlər.

Factor.am MTX-dən rus sərhədçilərinin hava limanından çıxarılıb-çıxarılmadığını soruşduqda, xüsusi xidmət onlarda heç bir məlumat olmadığını bildirib.

Qeyd edək ki, Ermənistan və Rusiya 1992-ci ildə Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar. Lakin bu müqavilədə hava limanında xidmət etməklə bağlı heç bir bənd yoxdur.

Daha çox göstər
Back to top button