BaşlıcaSiyasət

Rusiya rəsmiləri Ermənistanda hakimiyyəti devirməyə çağırıblar: Paşinyan

“2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiyanın yüksək rütbəli məmurları Ermənistan əhalisini açıq şəkildə hökuməti devirməyə çağırıblar”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – nazir vurğulayıb və əlavə edib ki, Yerevanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.

Daha çox göstər
Back to top button