BaşlıcaSiyasət

ANI: Ermənistan Qırmızı dəniz böhranı fonunda Hindistana alternativ ticarət yolu təklif etdi

Ermənistan Hindistanı Avropa ilə birləşdirən alternativ ticarət yolunun yaradılmasında öz dəstəyini təklif edib. Bu barədə ANI-yə Nyu-Dehlidə keçirilən “Raisina dialoqu” beynəlxalq politologiya forumunda iştirak edən ER Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan məlumat verib.

“Ermənistanın Hindistana, xüsusən də Avropa ilə alternativ dəniz ticarət marşrutu təklif etmək üçün strateji mövqeyi var.

Nazir qeyd edib ki, bu, bir çox ölkələrin, o cümlədən Hindistanın Qırmızı dənizdən tranzit keçən ticarət gəmilərinə hücumların çoxalmasını nəzərə alaraq, Avropa və Qərblə ticarət üçün alternativ dəniz yolları axtardığı bir vaxtda vacibdir.

“Ermənistan hökuməti Şimal-Cənub nəqliyyat dəhlizi (INSTC), Qara Dəniz nəqliyyatı, həmçinin Çabahar Limanı Tranzit Dəhlizi və İnkişafı kimi iri regional və qlobal layihələrdə Hindistan və İranın birgə layihəsində tərəfdaşlıq əlaqələrinin qurulmasına sadiqdir”- deyə dedi nazir qeyd edib.

Daha çox göstər
Back to top button