BaşlıcaSiyasət

Azərbaycan deputatları necə pulları yuyurlar

Britaniya Höküməti azərbaycanlı deputat  Cavanşir Fəyziyev və onun həyat doldaşının Londonda “qanunsuz qazanc” hesabına aldıqları 22 daşınmaz əmlakını dondurub.

Böyük Britaniyan NCA-nin(Cinayyətkarlığa qarşı müabrizə agentlikləri) məlumatına görə, bu vəsaitlər OCCRP(Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması mərkəzi) tərəfindən 2017-ci ildə aşkar edilmiş “Azərbaycan camaşırxanası” kimi tanınan beynəlxalq pulların yuyulması sxemi vasitəsilə əldə edilib.

Feyziyevin dondurulmuş ən bahalı mülkü 26 milyon funtla (33,4 milyon dollar) alınmış dəbdəbəli Chelsea Barracks kompleksindəki iki iqamətgahdır. Dondurulmuş digər əmlaklar arasında Regents Parkına baxan mənzil, eləcə də Londonun Şimal-Qərbində yeni yaşayış kompleksindəki 19 mənzil daxildir.

NCA hesablamalarına görə, dondurulmuş aktivlərin ümumi dəyəri 50 milyon funt sterlinqdən (63 milyon dollar) çox təşkil edir.

2010-cu ildən bəri deputat olan Fəziyev 2022-ci ilə qədər Azərbaycan-Britaniya parlamentarası əlaqələr və Avropa Birliyi-Azərbaycan parlament əməkdaşlığı komitəsinin işçi qrupunun həmsədri olub.

Daha çox göstər
Back to top button