“Turan” agentliyinin məlumanlandırılmış mənbələri Azərbaycanda konstitusiya referendumunun ya payızın sonunda, ya da gələn ilin Fevralında keçirilməsi ehtimalını eyham vurur.
Çox güman ki, İlham Əliyev nazirlər kabinetini ləğv etmək və onun funksiyalarını prezident administrasiyasına vermək niyyətindədir. Analitiklərin fikrincə, ikinci mühüm yenilik yerli icra hakimiyyətinin yenidən təşkili olacaq, şəhər və rayon icra hakimiyyətləri ləğv ediləcək. Yeni inzibati-ərazi vahidlərinin yaradılması nəzərdə tutulur ki, onlar prezidentin səlahiyyətli nümayəndələri tərəfindən idarə olunacaq.
Bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə yerli özünüidarəetmə sistemində də islahatlar aparılacaq.
Parlament seçkilərində proporsional səsvermə sisteminin qismən tətbiqi ilə seçki sistemində islahatların aparılması da ehtimal edilir.
Beləliklə, deyə bilərik ki, növbədənkənar prezident seçkiləri ərəfəsində ekspertlərin dəfələrlə dedikləri kimi İlham Əliyev Azərbaycanda konstitusiya monarxiyasının əsasını qoyulmağa doğru gedir.