BaşlıcaSiyasətTəhlil

Fransa ER-ın müqavimətinin artımı və inkişafına töhfə verərək bizim regionumuzda öz mövcudluğunu daha da artıracaq: Siyasətçinin təhlili

Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri xüsusilə Fransa tərəfinin ermənipərəst bəyanatları, əməli addımları fonunda və əvvəlcədən planlaşdırılmış strategiyası kontekstində olduqca vacibdir.

Siyasətçi Qurqen Simonyan ER Baş nazirinin Fransaya səfəri və erməni-frans əməkdaşlığının gündəmindəki mühüm məsələlərə toxunaraq müxbirlə söhbətində oxşar fikiri bildirib.

“Regionumuzun ölkələri, o cümlədən Ermənistan, Gürcüstan,  Azərbaycan və Türkiyə Şimali Atlantika təhlükəsizlik sisteminin kontekstində “Eurocom”un bir hissəsidirlər ki,  bu da öz növbəsində strateji coğrafiya konsepsiyasıdır.

Qərbdə belə bir neçə konspesiya hazırlanıb ki, bunula da qlobaı geosiyasi realıqlar ayrı qruplara ayırıb. Bu konsepsiyalar vasitəsilə Şimali Atlantika təhlükəsizlik sistemini daha çevik və idarəolunan çevirməyə cəhd edilir. “Eurocom”un əsas kurasiyasını kollektiv Qərb tərəfindən erməni istiqamətinin əhəmiyyətini vacib hesab edərək, ölkəmizi mühüm tərəfdaş kimi qəbul edən Fransa həyata keçirir, bununla da müqavimətin artmasına və inkişaf səviyyəsinə töhfə verməklə, regionumuzda öz mövcudluğunu artırmaq imkanı əldə edəcək” – deyə Simonyan bildirib.

Politoloqun müşahidəsinə görə, problem yalnız Ermənistan-Fransa sıx münasibətlərinə deyil, daha qlobal strategiyaya aiddir, çünki hərbi-texniki əməkdaşlıq və diplomatik dəstək formasında mühüm addımlar göz qabağındadır. Bu kontekstdə Simonyan Fransa müdafiə nazirinin Ermənistana səfərinin əhəmiyyətini də vurğuladı ki, bu da, yeri gəlmişkən, ikitərəfli münasibətlər tarixində ilkdir. Bu münasibətlə Fransanın müdafiə silahlarının partiyası Ermənistana çatdırılacaq ki, bu da ciddi haldır.

“İki tərəfdən də rasional siyasət gözlənilir. Əgər Ermənistan tərəfi ardıcıl olmasa, bütün razılaşmalar və addımlar natamam qalacaq və öz məqsədlərinə çatmayacaqlar. Fransa qətiyyətli addımlar atmaq niyyətində olduğunu dəqiq göstərir, deməli Ermənistan cavab addımları atmalıdır”-deyə politoloq bildirib.

O, analitiklərin irəli sürdüyü o tezisə istinad edib ki, hazırda dünya müharibəsi gedir, o, sadəcə olaraq lokallaşdırılmış görünüşə malikdir və ayrı-ayrı hərbi meydanlarda gedir, lakin münaqişələrin hərtərəfli xarakter alması və bütün dünyaya yayılması riskləri böyükdür. Fransa bu reallığı dərk edir və dünya qlobal qarşıdurma yolunda dayandığı bir vaxtda tərəfdaşı Ermənistanın müqavimətinin artmasına töhfə verməyə çalışır.

“Ermənistan hər an Azərbaycanın qarşısını almağa hazır olmalıdır. Misak Manuşyanın yenidən dəfn mərasimindən sonra Bakıdan destruktiv bəyanatlar səsləndirildi ki, bu da Azərbaycanın sülhə həqiqətən hazır olmadığını və can atmadığını, davamlı olaraq müharibəyə hazırlaşdığını sübut edir.

Belə şəraitdə Ermənistan öz təhlükəsizlik sisteminin diversifikasiyası prosesini  təşviq etməli, öz müqavimət və müdafiə qabiliyyətini qaldırmalı və öz Silahlı qüvvələrinin səviyyəsini o dərəcəyə çatdıra bilməlidir ki, regionumuzdakı güc balansı bərpa olunsun. Bütün digər suallar artıq törəmə xarakter daşıyır” – deyə politoloq yekunlaşdırıb.

Daha çox göstər
Back to top button