BaşlıcaEkonomika

2024-cü ilin  Yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrünün göstəricisini 78,8 faizlə üstələyib

2024-cü ilin Yanvar ayında Ermənistanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrünün göstəricisini 78,8 faizlə üstələyərək 2 milyard 145,7 milyon dollar təşkil edib.

Bu haqda Statistika komitəsi məlumat verib.

O, milli valyuta ilə 868.8 milyard dram təşkil edib. Ötən ilin Yanvar ayı ilə müqayisədə artım 78,8 faiz təşkil edib. Lakin Dekabr ayı ilə müqayisədə 24,1 faiz azalıb.

İxracın həcmi 2023-cü ilin Yanvar ayı ilə müqayisədə 2,1 dəfə artaraq 934,1 milyon dollar və ya 378,2 milyard dram təşkil edib. 2023-cü ilin Dekabr ayı ilə müqayisədə ixrac 36,1 faiz azalıb.

Cari ilin Yanvar ayında Ermənistana idxal olunan malların həcmi 2023-cü ilin birinci ayının göstəricisini 61,4 faiz üstələyərək 1 milyard 211,6 milyon dollar və ya 490,6 milyard dram təşkil edib. Ötən ilin Dekabr ayı ilə müqayisədə idxalın həcmi 11,2 faiz azalıb.

2024-cü ilin Yanvar ayında dramın məzənnəsi 1 ABŞ dolları üçün 404,96 dram hesablaması ilə təqdim edilib.

2023-cü ilin Yanvarında dramın dollara nisbətdə orta məzənnəsi 395,76 dram, Dekabrda isə 404,45 dram təşkil edib.

Daha çox göstər
Back to top button