BaşlıcaSiyasət

Azərbaycanlı nazir müavini “Zangezur dəhlizi”ndən əldə olunacaq gəliri hesablayır

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Zangezur dəhlizi”nin açılışından gözlənilən faydanı hesablayır.

“Son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması 12 gün çəkib. Məlumat üçün qeyd edim ki, əvvəllər bu, təxminən 40-50 gün çəkirdi”- deyə Hümmətov Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbirdə çıxış edərək bildirib.

Nazir müavini qeyd edib ki, “Azərbaycan avtomobil yolları və dəmiryolu xəttlərinin inkişafı üçün investisiya etməkdə davam edir. Əsas məsələlərdən biri Zəngilanla Naxicevanı və Türkiyəni birləşdirən nəqliyyat xəttinin qurulmasıdır”. “Bu nəqliyyat xətti Orta Dəhlizinin bir hissəsi kimi nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi üçün böyük fürsətlər yaradır. Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq”,- deyə APA nazirin çıxışından sitat gətirib. 

Xatırladaq ki, Azərbaycan belə həyasızcasına Zangezur “dəhlizi” tələb edir. Yuxarıdakı mətndən göründüyü kimi, orada Ermənistandan bəhs edilmir və bütün layihə “azərbaycandaxili” kimi təqdim olunur.

Daha çox göstər
Back to top button