BaşlıcaSiyasət

ER parlament sədri alman həmkarları ilə görüşündə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsini qaldırıb

Fevralın 26-da Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan ADR Bundestaqının Hüquq Məsələləri üzrə Komitə sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə parlamentin Dövlət və hüquq məsələləri üzrə  daimi komitə  sədri Vladimir Vardanyan da iştirak edib.

Qonaqları salamlayan ER parlamentinin sədri Almaniya ilə dostluq münasibətlərinin sabit inkişafını yüksək qiymətləndirib, parlamentlərarası əməkdaşlığın qarşılıqlı səfərlər formatında da təşviq edildiyini vurğulayıb.

Aldığımız məlumata görə, ER parlament sədri Alen Simonyan alman tərəfdaşlarına Ermənistanda demokratik islahatlara davamlı dəstəyinə görə təşəkkür edib. Kansler Olaf Şolzun Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesinə verdiyi töhfəni vurğulayıb.

“Biz 2018-ci ildən Ermənistanda yaradılmış güclü demokratik dəyərləri yüksək qiymətləndiririk və Ermənistanda demokratik təsisatların inkişafına, eləcə də regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırıq” – deyə Elizabet Vinkelmeyer-Bekker qeyd edib.

Alen Simonyan alman həmkarlarına Azərbaycanın  hərbi nəfəsli siyasətinin nəticələrini təqdim edib, Azərbaycanın destruktiv yanaşma nümayiş etdirdiyi erməni hərbi əsirlərin qaytarılması məsələsini qaldırıb.

Həmsöhbətlər Ermənistan-Almaniya parlamentlərarası əlaqələr, Ermənistan-Avropa Birliyi əməkdaşlığının dərinləşdirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin yaradılması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button