BaşlıcaEkonomika

İlin əvvəlində Ermənistanın demək olar ki, bütün iqtisadi göstəriciləri 2023-cü ilin Yanvar ayının nəticələrini üstələyib

Ermənistan Respublikasının Statistika komitəsi 2024-cü ilin Yanvarında ölkənin sosial-iqtisadi vəziyətini xarakterizə edən cari-operativ təhlillə əldə edilən ilkin əsas makroiqtisadi göstəriciləri dərc edib.

Təqdim olunan göstəricilərdən belə çıxır ki, bu ilin Yanvarında Ermənistanda iqtisadi aktivlik göstəricisi ötən ilin eyni ayındakı göstəricini 10,7 faiz üstələyib. Bununla yanaşı, 2023-cü ilin Dekabr ayı ilə müqayisədə bu göstərici 45,1 faiz azalıb.

2024-cü ilin Yanvar ayında sənaye məhsulunun həcmi əvvəlki ilin müvafiq ayının göstəricisindən 21 faiz artaraq 206 milyard 254,3 milyon dram təşkil edib. 2023-cü ilin dekabr ayı ilə müqayisədə bu, 43,1 faiz azalıb.

Bu ilin Yanvarında tikintinin həcmi ötən ilin müvafiq ayının göstəricisini 9,5 faiz üstələsə də, lakin 2023-cü ilin Dekabr ayı ilə müqayisədə 86,1 faiz azalıb. Bu ilin Yanvarında tikintinin həcmi 17 milyard 581,3 milyon dram təşkil edib.

2024-cü ilin Yanvarında daxili ticarət dövriyyəsi əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 340 milyard 782,5 milyon dram təşkil edərək 19,3 faiz artıb. 2023-cü ilin dekabr ayı ilə müqayisədə bu göstərici 51,7 faiz azalıb.

2024-cü ilin Yanvarında göstərilən xidmətlərin həcmi (ticarət olmadan) əvvəlki ilin eyni ayın göstəricisini 4,4 faiz üstələyərək 236 milyard 954,1 milyon dram təşkil edib. 2023-cü ilin Dekabr ayı ilə müqayisədə bu göstərici 17,2 faiz azalıb.

Bu ilin Yanvar ayında istehlak qiymətlərinin indeksi 2023-cü ilin Yanvar ayı ilə müqayisədə 0,9 faiz az, ötən ilin Dekabr ayı ilə müqayisədə isə 1,2 faiz yüksək olub.

2023-cü ildə sənaye məhsullarının qiymətləri 2024-cü ilin Yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən 0,3 faiz aşağı, 2023-cü ilin Dekabr ayına nisbətən isə 2,8 faiz artıb.

Cari ilin Yanvarında Ermənistanda 815,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin eyni ayına nisbətən 6,4 faiz azdır. 2023-cü ilin Вekabr ayı ilə müqayisədə elektrik enerjisi istehsalı 2 faiz artıb.

2024-cü ilin birinci ayında kənd təsərrüfatının ümumi məhsulunun həcmi və orta aylıq nominal əmək haqqı barədə məlumat bildirilmir.

2024-cü ilin Yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünün göstəricisini 78,8 faiz üstələyib.

Xatırladaq ki, 1 dollar 406 drama bərabərdir.

Daha çox göstər
Back to top button