Başlıcaİctimaiyyət

Moskvada bir küçə əfsanəvi sovet kəşfiyyatçısı Gevorq Vardanyanın adı ilə adlandırılıb

Moskvada kəşfiyyatçı, Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttqifaqı qəhramanı, polkovnik Gevorg Vardanyanın adı ilə küçə adlanılıb. Bu haqda Moskva Hökumətinin İnformasiya mərkəzinin bildirdiyinə görə, Mədəni İrs departamentinin rəhbəri Aleksey Emelyanov bildirib.

“Küçələrin adları şəhərin və xalqımızın tarixi və mədəniyyətini əks etdirirlər. Görkəmli şəxsiyyətlərin şərəfinə küçələrə adların verilməsi onların nəinki nailiyyət və xidmətlərini əbədiləşdirməyə, həm də onların xatirəsini gələcək nəsillər üçün qoruyub saxlamağa imkan verir. Bu, şəhər sakinləri arasında vətənpərvərlik tərbiyəsinin və keçmişə hörmətin formalaşmasının mühüm tərkib hissəsidir. Gevorq Vardanyanın ölkəmizin təhlükəsizliyinin və daxili kəşfiyyatının inkişafına verdiyi töhfəni nəzərə alaraq, onun şərəfinə küçənin adının verilməsi sadəcə vaxt məsələsi idi” – deyə  Yemelyanov bildirib.

Vardanyan küçəsi 2020-ci ildən qəhramanın adını daşıyan 2070 saylı məktəbin yanında yerləşir. Məktəbdə həmçinin Gevorg Vardanyanın və onun həyat yoldaşı, kəşfiyyatçı Gohara həsr olunmuş muzey fəaliyyət göstərir.  

Daha çox göstər
Back to top button