BaşlıcaEkonomika

“Standard and Poor’s” reytinq agentliyi ER suveren “BB” reytinqini sabit perspektivlə yenidən təsdiqləyib

“Standard and Poor’s” reytinq agentliyi 2024-cü ildə Fevralın 23-də xarici valyutada və milli valyutada uzunmüddətli/qısamüddətli öhdəliklərin buraxılması üzrə Ermənistan Respublikasının suveren “BB-”/“B” reytinqini bir daha təsdiqləyərək “sabit” perspektivini dəyişməz saxlayıb.

ER Maliyyə nazirliyinin yayığı məlumatında bildirilir ki, reytinq agentliyi tərəfindən reytinqin saxlanılmasının əsasında ölkənin yüksək iqtisadi artımının perspektivi, xarici maliyyələşdirilmənin davamlı mümkünlüyü və ağlabatan makroiqtisadi siyasətin dairəsidir ki, bu da bir çox sarsılmalara baxmayaraq son illərdə ölkənin makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamağa kömək edib.

Stabil proqnoz bir tərəfdən Ermənistanın əlverişli iqtisadi artım perspektivini və hökumətin borcunun sabit və idarəolunan səviyyədə saxlanmasını, digər tərəfdən isə xarici ödəmə balansının mövcud risklərini və geosiyasi riskləri əks etdirir.

Agentlik Ermənistan iqtisadiyyatının Dağlıq Qarabağdan məcburi köçürülmüş şəxsləri və Rusiya Federasiyasından gələn miqrantların axınları, eləcə də regional geosiyasi qeyri-müəyyənlik ilə bağlı çağırışlarına toxunub

Qeyd olunur ki, geosiyasi gərginliyin artmaması şəraitində Ermənistanın iqtisadi perspektivləri güclü olaraq qalır və bu, əsasən informasiya texnologiyaları sahəsinə kapital və işçi qüvvəsinin axını hesabına formalaşmış daha yüksək məhsuldarlığı əks etdirir.

Agentlik 2022-2023-cü illərin yer aldığı ölkələr arasında üçüncü ən yüksək göstəricini olan 10.7% orta iqtisadi artımına  toxunaraq Ermənistan üçün 2024 6,2% iqtisadi artım proqnozlaşdırır, tempin yavaşlaması isə  əsas xarici ticarət tərəfdaşlarının tələbinin azalması və rusiyalı miqrantların və kapital axınının azalması ilə əlaqələndirir. Gözlənilir ki, digərləri ilə yanaşı, Dağlıq Qarabağın məcburi köçkünlərinin inteqrasiyasına yönəlmiş daxili istehlakın, infrastrukturlarda dövlət və şəxsi investisiyalarının artımı  xarici amillərin qarşısını alacaq.

Daha çox göstər
Back to top button