BaşlıcaSiyasət

Vaşinqtonda Sumqayıt və Bakıda baş vermiş erməni qırğınalarının xatirəsini yad etmək üçün etiraz aksiyası keçirilib

Amerikanın Hay Dat üzrə gənclər ofisi Vaşinqtonda Sumqayıt və Bakıda baş vermiş erməni qırğınalarının xatirəsinə etiraz aksiyası keçiriblər. Bu haqda Erməni İnqilabi Daşnaktsutyunun Facebook səhifəsində bildirilib.

Erməni İnqilabi Daşnaktsutyun Gənclər təşkilatının (AYF-YOARF)  Vaşinqtondakı “Ani” bölməsi Fevralın 25-də Azərbaycanın ABŞ-dakı səfirliyinin qarşısında 1988-ci ilin erməni qırğınlarının qurbanlarının xatirəsinə etiraz aksiyası keçirib. Aksiya ərzində həmçinin 2023-cü ildə Artsaxda baş vermiş etnik təmizləməsinə toxunulub və qeyd olunub ki, bütün bu hadisələr Azərabycanda dövlət səviyyəsində aparılan anti-erməni siyasətinin təzahürüdür.

Etiraz aksiyasının təşkilatçıları həmçinin  bütün icma nümayəndələrini addımlar atmağa və Amerika Hay Dat ofisi (ANCA) tərəfindən irəli sürülən, Azərbaycana qarşı sanksiyaların tətbiqi və Türkiyə və Azərbaycandan maliyyə vəsaitlərinin çıxarılması ilə bağlı Erməni müdafiə aktının qəbulunu dəstəkləməyə çağırıb.

Daha çox göstər
Back to top button