BaşlıcaSiyasət

Alen Simonyan rus sərhədçilərinin “Zvartnots” hava limanını tərk etməsini düzgün hesab edir

Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanını tərk etməsi düzgün olardı.

Alınan məlumata görə, Simonyani parlamentdə jurnalistlərlə söhbətində Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk edəcəyi ilə bağlı mətbuatda yayılan məlumatlara əsaslanaraq belə bir mövqe bildirib.

“Mən belə bir müzakirənin iştirakçısı olmamışam. Amma düşünürəm ki, onların ordan getməsi düzgün olardı” – deyən Simonian bunun onun şəxsi fikri olduğunu bildirib.

Parlament sədri rus sərhədçilərinin Ermənistan sərhədlərini qoruyacağına əmin deyil.

“Dəfələrlə sübut olunub ki, onu üdafiə etməyiblər r. Söz yox ki, onlar müntəzəm olaraq  çıxdılar. Onlar Dağlıq Qarabağa gələndə nə etdilər? Erməni xalqını çıxardılar, halbuki onları qorumaq üçünorada idilər. Gəlib səni də, məni də “Zvartnots”dan üzaqlaşmaq üçünmü  müşaiyət edəcəklər?”- deyə  Simonyan bəyan edib.

Daha çox göstər
Back to top button