BaşlıcaSiyasət

Bloomberg:  “Rusiya AB-dən milyonlarla avro dəyərində sanksiya altında olan  malları alır”

2023-cü ilin cəmi doqquz ayında Rusiyanın AB-dən hərbi məqsədlər üçün aldığı sanksiyaya məruz qalan mal və texnologiyanın dəyəri 450 milyon avro təşkil edib.

Üstəlik, malların demək olar ki, dörddə biri birbaşa Avropa ölkələrindən gətirilib. Bu barədə Bloomberg ticarət axınları ilə bağlı məlumatların təhlilinə əsaslanaraq yazır.

Məqalədə agentliyin sanksiyalar altında hansı konkret məhsulları “yüksək önəmlik” adlandırdığı qeyd edilmir. Mənbənin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra AB ilə Rusiya arasında bu məhsulların ticarətinin həcmi azalıb.

 Bundan başqa, eyni malların Avropa ölkələrindən üçüncü ölkələrə, oradan isə Rusiyaya ixracı kəskin artıb. Bloomberg sanksiyalara cəlb olunan ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya və Çinin, həmçinin Özbəkistan, Qazaxıstan, Qırğızıstanın adını çəkir.

Agentlik həmçinin müəyyən edib ki, sanksiya tətbiq edilən malların bir hissəsi avropalı istehsalçıların xarici törəmə şirkətləri tərəfindən istehsal olunur və üçüncü ölkələr vasitəsilə Rusiyaya da ixrac olunur. Avropa Komissiyasının nümayəndələri Bloomberg-in bu mövzu ilə bağlı suallarına hələlik cavab verməyiblər.

Daha çox göstər
Back to top button