İqtisadiyyat nazirliyi supermarketlərin rəflərində yerli məhsullara güzəştli yerlər verəcək qaydalar hazırlamaq istəyir. Bu barədə Fevralın 27-də İqtisadiyyat nazirinin müavini Narek Teryan Parlamentin iclasında deputatların suallarını cavablandırarkən bildirib.
Xüsusilə, hakim “Mülki razılaşma” (KP) fraksiyasının deputatı Sisak Qabrielyan qeyd edib ki, Rusiya və Belarusda Ermənistan süd məhsullarının idxalına məhdudiyyətlər var, bu o haldadır ki, Ermənistanda həmin ölkələrin “südü” mağaza rəflərində daha nəzərə çarpan yerlər ayıraraq sərbəst və artan həcmdə satılır.
“Hazırda biz qaydaların qəbulu imkanlarını müzakirə edirik ki, bu çərçivədə erməni istehsalçılarına imtiyazlar veriləcək” – deyə Teryan əmin edib.
O, Ermənistanın süd məhsullarının ixracına qoyulan məhdudiyyətlərdən danışaraq, xüsusilə xatırladıb ki, rusiyalı və belaruslu tərəfdaşlarla birlikdə erməni istehsalçıların siyahısı tərtib edilib. Onlar məhsulları Rusiya və digər Avrasiya iqtisadi birliyinin ölkələrinə ixrac edə biləcəklər. “Problem qismən həll olunub: işlər davam edir” – deyə nazir müavini bildirib.