Ermənistan Höküməti İran sərhədinin yanında yerləşən “Meğri” azad iqtisadi zonasının inkişafı üçün yeni layihə hazırlayacaq. Bu haqda Fevralın 27-də Maliyyə nazirinin müavini Narek Teryan deputatların suallarını cavablandırarkan Parlament iclası ərzində bildirib.
O, qeyd edib ki, keçən ildə “Meğri” azad iqtisadi zonasında yerləşmə üçün yalnız bir şirkət müraciət təqdim edib. Müraciət təsdiqlənib, amma şirkət belə də işə başlamayıb. “Ona görə də, biz həmin zonanın inkişafı üçün yeni plan hazırlamaq qərarına gəldik, onu yaxın vaxtlarda təqdim edəcəyik” – deyə nazir müavini bildirib.