BaşlıcaSiyasət

Almaniya XİN-I Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını mümkün hesab edir

Almaniyanın Xarici işlər naziri Analena Barbok hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

Onun sözlərinə görə, Almaniya münaqişənin həlli səylərində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

“Biz inanırıq ki, illərdir davam edən ağrılı münaqişədən sonra Ermənistan və Azərbaycanın indi davamlı sülhə nail olmaq şansı var” – deyə Burbok Berlində iki ölkənin Xarici işlər nazirləri ilə görüşündə bildirib.

Almaniyanın Xarici siyasət idarəsinin rəhbəri iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi arxada qoymaq üçün atdığı “cəsarətli addımlardan” danışıb. Onun sözlərinə görə, irəliləyiş üçün mütləq  qətiyyət lazımdır.

Daha çox göstər
Back to top button