BaşlıcaSiyasət

Azərbaycan cəmiyyəti onilliklərdir ki, ermənilərə qarşı nifrətlə qidalanır: Ümumaməni Birliyi Azərbaycan XİN-na cavab verib

Azərbaycan Xarici işlər nazirliyi Ermənistana qarşı dövlət yalanlarının yayılması xəttini davam etdirən bəyanat yayıb. Bu barədə Qardman-Şirvan-Naxıcevan Ümuarməni Birliyinin müraciətində qeyd olunub.

“Beynəlxalq hüququ, arbitraj qurumlarının bəyannamə və konvensiyalarını unudan Azərbaycanın bütün dövlət-ictimai sistemi indi birdən-birə onların mövcudluğunu xatırlayaraq, soyqırımların qarşısının alınması və insan hüquqlarının müdafiəsi, irqi ayrı-seçkiliyin istisna edilməsi və s. ilə bağlı bəzi dayaz qeydlər aparır.

Xarici işlər nazirliyi səviyyəsində səsləndirilən oxşar ifadələr təbii ki, suallar yaradır: Azərbaycan özü bəyan etdiyi beynəlxalq hüquq normalarının tətbiqi məsələn, 1988-ci ildə Sumqayıt, 1990-cu ildə Bakı, 1992-ci ildə Marağada və digər ermənilərin məskunlaşdığı yerlərdə törədilən qırğınlarla bağlı istənilən şəraitdə tanımağa hazırdırmı?

Yoxsa biz bu dəfə də seçiciliklə, saxta faktlara əsaslanan tezislərin yayılması ilə üzləşirik?

Azərbaycan Soyqırım konvensiyasının müddəaları və Dağlıq Qarabağın 10 aylıq blokadası nəticəsində baş vermiş humanitar fəlakətin nəticələri arasında oxşarlıqlar tapmırmı? 2023-cü ildə 19-20 Sentyabr müharibəsi zamanı mülki infrastrukturun hədəfə alınması müharibə cinayəti deyilmi?

Etnik təmizləmə və məcburi köçkünlük zamanı 64 dinc sakinin ölümü qeydə alınıb ki, bunun tam məsuliyyəti Azərbaycanın etnofobiya siyasətinin üzərinə düşür.

Lakin azərbaycanlıların irqi ayrı-seçkilik və etnik nifrətlə bağlı qışqırıqları daha iyrəncdirlər. Onilliklərdir ki, Azərbaycan cəmiyyəti ermənilərə qarşı etnik nifrət zəhəri ilə qidalanıb ki, bu da Ramil Səfərov tərəfindən yatmış erməni zabitinin vəhşicəsinə qətlə yetirilməsi, yaxud Kamil Zeynallı və onun kimilər tərəfindən 44 günlük müharibədə və ondan sonrada  dinc əhalinin qətlə yetirilməsi və işgəncələrə məruz qalması ilə nəticələnib” – deyə  ümumaməni birliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi Azərbaycan Xarici işlər nazirliyinin öz cinayətlərini gizlətmək üçün uydurulmuş ittihamlardan başqa bir şey olmayan bəyanatları ilə bağlı Azərbaycanın siyasi ikiüzlülüyünü qətiyyətlə mühakimə edir.

“Biz ilk növbədə Sumqayıt, Bakı, Marağa qətliamları, tarixi Qardman, Şirvan, Naxçıvan və digər ermənilərin məskunlaşdığı yerlərin əhalisinin boşaldılması, eləcə də Dağlıq Qarabağın etnik təmizləmə və soyqırımı cinayəti ilə üzləşməyə və ermənilərin pozulan ayrılmaz hüquqlarının təhlükəsiz və beynəlxalq zəmanətlə yenidən bərpası üçün aydın addımlar atmağa çağırırıq”.

Daha çox göstər
Back to top button