BaşlıcaSiyasət

Beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı: “Ermənistan-AB münasibətləri heç vaxt bu dərəcədə güclü olmayıb”

Beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Jutta Urpillainen AB ilə Ermənistan arasında sıx münasibətlərin olması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının zəruriliyindən danışıb. Jurnalist xəbər verir ki, o, Avropa Parlamentində çıxışı zamanı ilk olaraq Ermənistan-Avropa Birliyi  münasibətlərinin tarixi anlar yaşadığını qeyd edib.

    “Ermənistan-AB münasibətləri heç vaxt bu günkü qədər güclü olmayıb. Bu, iki həftə əvvəl Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasında təsdiqlənib. Hələ ötən ilin oktyabrında bu plenar iclasda Baş nazir Nikol Paşinyan Ermənistanın AB ilə yaxınlaşmağa hazır olduğuna dair çox aydın siqnal vermişdi” – deyə Urpilaynen AB-nin bu istiqamətdə irəliləməyə çalışdığını vurğulayıb. .

Onun sözlərinə görə, Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik asılılığına səbəb olan əvvəlki qərarlarını bir gecədə aradan qaldırmaq mümkün deyil.

 “Lakin hər iki tərəfin aydın siyasi iradəsi bizə tərəfdaşlığımızın dərinləşməsi və genişləndirilməsi istiqamətində irəliləməyə imkan verəcək”.

Bizim artıq yaxşı təməlimiz, möhkəm çərçivəmiz var, bu, Ermənistan və Avropa İBirliyi  arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişidir” – deyə beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı bildirib.

O, qeyd edib ki, Ermənistanla birlikdə yeni iddialı tərəfdaşlıq proqramı hazırlamağa başlayıblar. “Biz Ermənistanla birlikdə Ermənistan-AB tərəfdaşlığının yeni iddialı proqramını hazırlamağa başladıq.

Biz ortaq dəyərlərimizə əsaslanan bu yeni tərəfdaşlıq proqramının üç sütundan ibarət olmasını təklif etmişik: birincisi, ticarət, enerji, rabitə və aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməklə Ermənistanın canlılığını gücləndirmək və iqtisadiyyatını şaxələndirmək üçün çalışacağıq.

İnsanlar arasında təmasları genişləndirmək naminə biz vizanın liberallaşdırılması üzrə dialoqa başlamaq variantlarını nəzərdən keçirəcəyik.

 Ermənistan bu məsələyə böyük maraq göstərdiyini bildirib və biz onun rəhbərliyini müvafiq islahatlar istiqamətində işi aktivləşdirməyə çağırırıq.

 Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması Ermənistan vətəndaşları üçün mühüm siyasi təkan və gələcək islahatlar üçün rıçaq olacaqdır.

İkincisi, təhlükəsizlik münasibətlərimizin getdikcə daha vacib elementinə çevrilir. Biz AB-nin Ermənistandakı missiyasının birinci ildönümünü qeyd etməkdən xoşbəxtik və Avropa Sülh Fondu vasitəsilə onun gücləndirilməsini səbirsizliklə gözləyirik.

Biz xarici siyasət və təhlükəsizlik siyasəti ilə bağlı dialoqu genişləndiririk. AB bölmələrinin missiyalarında və əməliyyatlarında iştirak etmək də müzakirə olunur.

Üçüncüsü, sərmayələrin artırılması sıx iqtisadi əməkdaşlığın açarı olacaq. Biz Ermənistanın Qara dənizdə elektrik kabelinin çəkilişində iştirakını dəstəkləməyə və digər layihələrə qoşulmağa və region ölkələri arasında sıx əlaqələr yaratmağa hazırıq.

 Region ölkələri arasında sıx əlaqələrin yaradılması sülhü təşviq etmək üçün böyük potensiala malikdir” – deyə beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı bildirib.

Komissarın sözlərinə görə, Avropa Birliyi Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həlli üçün onlara maliyyə imkanları ilə dəstəyini davam etdirir.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qəti öhdəliyimiz dəyişməz olaraq qalır.

Biz hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan sabit və uzunmüddətli sülhü dəstəkləməyə hazırıq.

 Biz hər hansı güc tətbiqini və ya güc təhdidini rədd edirik və münaqişələrin sülh yolu ilə həllini dəstəkləməyə davam edirik” – deyərək beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı yekunlaşdırıb.

Daha çox göstər
Back to top button